Sano Tsunetami (佐野 常民?, 28 dekabr 1822, Hizen əyaləti[d], Saykaydo[d] – 12 dekabr 1902, Tokio) – Yaponiya siyasətçisi. Yaponiya donanmasının qurulmasında iştirak etmişdir.[1] Yaponiya Qırmızı Aypara Cəmiyyətinin qurucusu kimi tanınır.[1]
Sano Tsunetami | |
---|---|
yap. 佐野常民 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1822 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1902 (79 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi, həkim |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1822-ci ildə Yaponiyanın Saqa hanında[a] doğulmuşdur.[1] Hirose Mototaka, Oqata Koan, İto Qenboku və başqa şəxslərin nəzarəti altında Qərb elmlərini öyrənmişdir.[1] Tokuqava şoqunluğu tərəfindən Naqasakidə keçirilən ilk donanma təlimi proqramında iştirak etmişdir.[1] Qərb elmlərinin donanma üçün istifadə olunmasında və yaşadığı han üçün donanmanın qurulmasında aktiv iştirak etmişdir.[1]
1867-ci ildə Avropa ölkələrinin hərbi sistemlərini tədqiq etmişdir.[1] 1868-ci ildə Meyci islahatından sonra Yaponiya donanmasının qurulmasında iştirak etmişdir.[1] 1877-ci ildə Satsuma üsyanında yaralanan əsgərlərə tibbi yardım göstərmək üçün Xeyriyyə cəmiyyəti (博愛社, Hakuayşa?) adlı təşkilat qurmuşdur.[1] Bu təşkilat 1887-ci ildə Yaponiya Qırmızı Aypara Cəmiyyətinə çevrilmiş, Sano ilk prezidenti olmuşdur.[1]
Qenroin təşkilatında fəaliyyət göstərmiş, eləcə də, maliyyə naziri, gizli məsləhətçi, kənd təsərrüfatı və ticarət naziri kimi vəzifələri tutmuşdur.[1]