Sanqalan (Səndələn)

Bu məqalə əsasən "Sanqalan" kimi tanınan Səndələn dağı haqqındadır. Ağsu rayonunun Sanqalan kəndi üçün Sanqalan (kənd) səhifəsinə baxın.

Sanqalan və ya SəndələnBöyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi.

Sanqalan
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 929 m
Yerləşməsi
40°32′22″ şm. e. 48°34′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Ağsu
Sanqalan xəritədə
Sanqalan
Sanqalan
Sanqalan xəritədə
Sanqalan
Sanqalan

Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir.

Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.)

Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.