Sarı şternbergiya (lat. Sternbergia lutea (L.) Spreng.) — Nərgizçiçəyikimilər fəsiləsinə aiddir.
Sarı şternbergiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sarı şternbergiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.[1] [2]
Çoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir. Borucuğu qısadır, 30-40 sm uzunluğunda, uzunsov – ellipsivari hissəciklərdən təşkil olunmuşdur. Erkəkcikləri büküklərdən 2 dəfə qısadır. Yumurtalıq uzunsov-yumurtavari, oturaqdır[3]
Çiçəkləmə, meyvə əmələgəlmə dövrü sentyabr – oktyabr aylarına təsadüf edir.Kserofitdir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağının quru yamaclarında bitir. Zəhərlidir. Dekorativ və dərman bitkisidir.[3][4][5][6]
Samur-Dəvəçi ovalığı (Xaçmaz, Samurçayın mənsəbi (çay ağzı), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Ağsaqlar kəndinin ətrafı), Lənkəran ovalığı.[3][4][5]
Populyasiyalarında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.[7] AMEA Nəbatət Bağında süni şəkildə becərilir.
Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, mal-qara tərəfindən otarılma və tapdalanma.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərin axtarmaq təklif olunur.