Sarı akasiya

Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.

Ağacşəkilli xostək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır. Yarpaqaltıqları şişkin və ucu bizvaridir. Çiçəkləri tək-tək və ya cüt-cüt yerləşir. Çiçəktacı sarı, 5 ləçəkli, 16–20 mm uzunluğunda, kəpənək-varidir. Yumurtalığı çılpaq və ya tükcüklüdür. Çiçəkyanlığı qıf formasındadır. Kasacığı zəngvari, tükcüklü, enli, qısa dilimlidir. Paxla meyvəsi xətvari-silindrik olmaqla, 3-6 sm uzunluğunda, 3–5 mm enindədir. Hər paxlada 5-8 ədəd qonur rəngli toxum yerləşir. 3-5 yaşından başlayaraq toxum verir və toxumları 4-5 il cücərmə qabiliyyətini saxlayır. 1000 ədəd toxumun çəkisi 25-44 qramdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyun və iyul aylarında yetişir. Paxlaları yetişənə yaxın yığılır və kölgəli yerdə qurudularaq toxumları təmizlənir. Toxumları yığıldıqdan sonra payızda, yaxud bir ay stratifikasiya edildikdən sonra yazda səpilir. Toxumla asan çoxalır, həmçinin kökündən pöhrə verir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Bitmə şəraitinə az tələbkar, tezböyüyən, quraqlığadavamlı, işıqsevən bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Abşeronda, Kür-Araz ovalığında təsadüf edilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Təsərrüfat üçün qiymətli olub, yarpaqlarından göy rəng alınır və tərkibində 285-400 mq C vitamini vardır. Ballı bitkidir, çiçəyi 1-4 mq nektar verir. Bunun tərkibində 18%-ə qədər şəkər vardır. 1 hektar sahədən 350 kq-a qədər bal almaq mümkündür.

Sinonimləri[redaktə | mənbəni redaktə et]

  • Aspalathus arborescens Amman
  • Caragana inermis Moench
  • Caragana sibirica Medik.
  • Robinia altagana Pall.
  • Robinia caragana L.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ağacşəkilli xostək:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]