Sarı sıf

Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü.

Sarı sıf
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Sarı sıf
Beynəlxalq elmi adı

Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir.

Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.

Kanadanın KvebekŞimal-Qərb ərazilərindən tutmuş ABŞ-nin Alabama, Arizona ştatları ərazisinə kimi yayılmışdır. Amerik Birləşmiş Ştatlarının bütün ərazisinə yayılmışdır.

Xarici qidalanmaya 8–9 mm olduqda başlayırlar. ilk əvvəllər zooplanktonlarla qidalanırlar. 10–20 mm olduqda artıq böcək sürfələri ilə qidalanmağa keçirlər. Artıq müəyyən qədər böyüdükdən sonra isə balıqlarla qidalanırlar.

Yetkinlik yaşı yayıldığı arealdan asılı olaraq dəyişir. Daha şimalda yayılmış sıflar 8–12 yaşlarında yetkinliyə çatırlar. Cənubdakılar isə 2–4 yaşında artıq yetkinləşirlər. Kürüləmə adəti üzrə buzların əriməsindən sonra baş verir. Cənub rayonlarda bu yanvarın sonu, fevralın əvvəllərində, şimal rayonlarında isə iyula təsadüf erdir.

Kürüləmək üçün ən əlverişli dönəm tempeturun 10 °C-dən aşağı olduğu ərəfələrdir. Cənub rayonlarda əgər qış isti keçirsə həmin il kürüləmə baş vermir. Dişilər kürünü gecə saatları tökür və bu prose 5 dəqiqədən bir baş verir.