Sarıbulaq yaşayış yeri

Sarıbulaq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda orta əsrlərə aid qədim yaşayış yeri.[1]

Yaşayış yeri hündür dağları arasında, geniş bir düzənlikdə yerləşir. Kəşfiyyat qazıntıları nəticəsində eni 80 sm olan (2x2 m ölçüdə) daşdan inşa edilmiş divar qalığı aşkar olunmuşdur. Ərazidən dörd ədəd təndir qalığı, bir neçə küp, səhəng tipli qab qırıqları və şirli qabın oturacaq hissəsi tapılmışdır. Sarıbulaq yaşayış yerinin IX–XVIII əsrlərə aid olması ehtimal edilir.[1][2].

  1. 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 245-246. ISBN 5-8066-1468-9.
  2. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. səh. 25. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.