Sarıcalinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Sarıcalinskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Sarıca Əli ağa Cavanşir |
Qohum soylar | Cavanşirlər |
Mənşəyi | Qarabağ |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Soyun ulu babası Sarıca Əli ağa Cavanşirdir.
1954-cü il aprelin birinci ongünlüyündə Azərbaycan rəhbərləri tərəfindən Kremlə göndərilmiş məktublar bir ildən sonra M.C.Bağırov üçün hazırlanan qondarma istintaq materiallarına bu şəkildə düşmüşdür: "Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil (Azərbaycanın məşhur kino ulduzu Ceyhun Mirzəyevin atası – T.Q.) və Şamilə himayədarlıq etmişdir. İstintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar-bəy nəslindən çıxmış Mirzəyevlərin qohumu Məmməd Aslan oğlu Sarıcalinskiyə də himayədarlıq etmişdir. 1917-ci ildən 1920-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orada da hərbi məktəbi bitirib. Sarıcalinskinin əksinqilabi Cavanşir üsyanında iştirakı barədə məlumat var. Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda iştirak edib. 1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub. O biri qardaşı – Zülfüqarbəy sovetləşmə dövründə əhaliyə divan tutmuş, mal-qarasını qaçırmış, buna görə də həbs olunmuşdur. Ağdam türməsində vəfat etmişdir. Sarıcalinskilərin yaxın qohumlarından olan Surxanbəy Sarıcalinski sürgün olunub, digəri – Məmişbəy Kələbədinski İrana mühacirət edib. Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə Fövqəladə Komissiyaya işə götürülmüş, əvvəlcə süvari diviziyasında, sonra isə sərhəd qoşunlarında çalışmış, bir müddət bilavasitə Bağırovun özü ilə yanaşı fəaliyyətdə olmuş, partiya sıralarına soxulmuşdur".