Sarıqamış gölü türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li, Сариқамиш кўли) — Sarıqamış çökəkliyində yerləşən axarı olmayan olduqca duzlu göl. İnzibati cəhətdən Türkmənistan və Özbəkistan ərazilərində yerləşir. Xəzər dənizi ilə keçmiş Aral dənizi ərazisində qərarlaşır. Özbəkistana aid hissə cəmi ümumi gölün ¼ təşkil edir. Gölün ancaq şimal-qərbi Özbəkistana yerdə qalan hissəsi isə Türkmənistana mənsubdur. Türkmənistan ərazisində yerləşən ən böyük gölldür. Göldən xörək duzu tədarük edilir.
Sarıqamış gölü | |
---|---|
türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5 m |
Eni | 90 km |
Uzunluğu | 125 km |
Sahəsi | 5000 km² |
Həcmi | 12 km³ |
Dərin yeri | 40 m |
Orta dərinliyi | 8 m |
Duzluluğu | 15—20 ‰ |
Yerləşməsi | |
42°00′ şm. e. 57°20′ ş. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adının mənası göründüyü kimi «Sarı» (rəng) və qamış[1] sözlərinin birləşməsindən əmələ gəlmişdir
Sarıqamış gölü Sarıqamış çökəkliyinin mərkəzində yerləşir. Suyunun sahəsi dəyişkəndir və Xarəzm vahəsindən gələn suyun hesabına dəyişə bilir. 1977-ci ilə qədər gölün sahəsi 1500 km² təşkil edirdi. Suyunun duzluğu 7%, ilik su daxil olması 4 km³ təşkil edirdi[2]. 1985-ci ilə artıq sahəsi 3200 km² olmuşdur. Bundan sonra gölün duzlu artmışdır. Səviyyə ilə bərabər qalxan duzluluq artıq 15-20‰ çatmışdır. «Özbəkistan Milli Ensiklopediyasında» (2000—2005) gölün uzunluğu 100–120 km, eni isə 30–40 km-dir. Göl şmaldan cənub-şərqə istiqamətlənmiş formadadır. «Müasir coğrafi adların lüğəti» (2006) kitabında gölün orta dərinliyi 8,2 m[3] olaraq göstərilmişdir. Şərqə doğru dərinlik artır. Sarıqamış çökəkliyinin ən aşağı nöqtəsi dəniz səviyyəsindən 40,3 m aşağıda yerləşir[3].
Qərb sahilləri nisbətən hündürdür. Şərqdən gölə Əsas Dəryal kollektoru və Göl kollektoru tökülür. Bu gölün əsas qidalandırıcısı rolunu oynayır. Şərq sahilində mineral termal su mənbəyi vardır.
Göl tarixi boyunca dəfələrlə yoxa çıxmış və yenidən peyda olmuşdur. Bu əsasən Amudəryadan bura suyun daxil olmasından asılı olmuşdur. Göl neogen dövrünün sonları, antropagen dövrünün əvvələrindən başlayaraq meydana gəlmişdir. Onun ərazisi hətta Assake-Aul çökliyini belə əhatə edirdi[4]. XIV—XVI əsrlərdə gölün dərinliyi 50–62 m olmuşdur. Sonuncu dəfə Amudəryanın gölə axması 1878[5]-ci ilə təsadüf edir.
Göl 1960-cı illərdən bəri əsasən kollektor-drenajı[2] ilə qidalanır. Əsas Dəryal kollektorundan gələn su Amudəryanın şərq hissəsində yerləşən bölgənin kənd təsərrüfatının inkişafına yönəldilir[3].
Sarıqamış gölündə çoxlu sayda balıq növü yaşayır: sazan, naqqa balığı, ilanbaş (balıq).