Sara Natoçenni (ing. Sarah Natochenny) – rusəsilli ABŞ səs aktirası və film montajçısı.[a] "Pokemon" anime serialının ingiliscə dublajında Eş Ketçum və digər personajları səsləndirməsinə görə tanınır. "Bullet Witch" videooyununda Alisiya personajını səsləndirmişdir. "MSNBC" kanalı üçün sənədli filmləri montaj etmiş, "Cinayət həyatı" və "Ən pis dostlar" kimi filmlərin köməkçi montajçısı olmuşdur.
Sara Natoçenni | |
---|---|
Doğum tarixi | 20 sentyabr 1987 (37 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | səsləndirmə aktrisası[d], montajçı[d], televiziya aktrisası, kino aktrisası |
Fəaliyyət illəri | 2004-cü ildən |
sarahnatochenny.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Natoçenni 1987-ci ildə Nyu-York şəhərinin Kuins bölgəsində yerləşən Forest-Hills məhəlləsində doğulmuşdur.[2][3] O, rusəsillidir, rus və ingilis dillərində səlis danışa bilir.[1][4] 12 yaşında ABŞ Gimnastikası tərəfindən keçirilən Yeniyetmələrin Olimpiadası turnirində bədii gimnastika üzrə bürünc medal əldə etmişdir.[5] 2005-ci ildə Bruklin Texniki Liseyindən məzun olmuş, daha sonra Li Strasberq Teatr İnstitutunun Gənc Aktyorlar Proqramında, eləcə də, Nyu-Yorkda yerləşən Aprayt Vətəndaşlar Briqadası və Maqne Teatrında təhsil almışdır.[2][5]
Natoçenni 18 yaşında Veronika Teyloru əvəz edərək "Pokemon" animesinin ingiliscə dublajında Eş Ketçumun səs aktrisası olmuş və serialın 2006-cı ildəki 9-cu mövsümündən etibarən personajı səsləndirməyə başlamışdır.[2][3][4] O, bu rolu götürməyi "Pikaçunun ildırımı tərəfindən vurulmağa" oxşadıb və bunu "həyatının ən həyəcanlı anı" adlandırıb.[3] Natoçenni "Pokemon" serialında digər personajları da səsləndirmişdir.[4][6] Bəzi fanatlar Teylorun əvəz olunmasını bəyənmədikləri üçün Natoçenniyə təzyiq göstərmişdirlər, bu səbəbdən Natoçenni depressiya ilə üzləmişdir. O, yaşadığı təcrübəni "dəhşətli" və "əzablı" adlandırmışdır.[4]
Natoçenni 2006-cı ildə buraxılmış "Bullet Witch" videoyununda Alisiyanı səsləndirmişdir.[7] 2009-cu ildə "CollegeHumor" komediya saytının videolarında yer almışdır.[8][9] 2019-cu ildə Səsləndirmə Sənəti və Elmləri Cəmiyyəti tərəfindən "Ən yaxşı səs" mükafatına layiq görülmüşdür.[10] 2020-ci ildə "Mən Doloresə pərəstiş edirəm" televiziya filmində baş rolda çıxış etmişdir.[11] "Vanity Fair" jurnalının üç videosunda çıxış edərək dublaj prosesindən və improvizasiyadan danışmışdır.[12][13][14]
Natoçenni "The George Lucas" tolk-şousunun bir neçə epizoduna qonaq olmuşdur. O, film montajçısıdır, "MSNBC" kanalı üçün sənədli filmləri montaj etmişdir. "Cinayət həyatı", "Kruiz" və "Ən pis dostlar" filmlərinin köməkçi montajçısı olmuşdur.[15]
Natoçenni gündəlik həyatını Los-Anceles və Nyu-York şəhərləri arasında keçirir.[5] Depressiyadan əziyyət çəkdiyini bildirmişdir.[16]
Natoçenni öz pişiyinə Pikaçu adını vermişdir.[17] Ölüm haqqında olan bir "Pokemon" seriyasından təsirlənərək həmkarı Liza Ortis ilə birlikdə xilas edilmiş ev heyvanlarına yeni yuva tapmaq üçün "Voices for Fosters" xeyriyyə təşkilatını qurmuşdur.[5]
İl | Ad | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|
2006–2023 | Pokemon | Eş Ketçum, Deliya Ketçum, digər personaj və pokemonlar | 9–25-ci mövsümlər | [2][3][13] |
2015–2017 | Yu-Gi-Oh! Arc-V | Aura Sentiya | [5] | |
2023 | Tokyo Revengers | Yuzuha Şiba | 2-ci mövsüm | [18] |
2024 | Alya Sometimes Hides Her Feelings in Russian | Alisa "Alya" Mixaylovna Kuco | [19] |
Amanda actually cast me based on knowing me, she's like, "I think you're this person." And also, I'm Russian-American, so that helped. And I speak Russian, so.