Sarayevo—Ploçe dəmiryolu xətti

Sarayevo—Ploçe dəmiryolu xəttiBosniya və HerseqovinaXorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-SarayevoOsijek vasitəsilə Budapeştə qədər uzanır.

Dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti
Ölkələr
Uzunluğu 194,6 km
Başlayır Sarayevo
Bitir Ploçe
İstismarçı
Vəziyyəti Tam işlək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir[1]. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və[2] Brabina-Konis[3] xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir.

Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir.[4]. Xorvatiya ərazisində isə qatarların sürəti 100 km/s çatır. Dəmir yolu xətti D4 sinfinə aiddir[5].

Sarayevo-Ploçe dəmir yolu xəttinin fərdi hissələrinin tikintisi xərcləri.

Hazır ki standart xəttin sələfi 1891-ci ildə inşa edilmiş ensiz dəmir yolu xətti olur[6]. Yuqoslaviya Sosialist Federativ Respublikasında yük daşımalarında bu xətt, tələbatı ödəmədiyindən, 1963-cü ildə standart dəmiryolu xəttinə keçilmiş və bəzi sahələrdə yeniliklər edilmişdir[3]. Neretva çayı üzərində su anbarının inşası ilə bəzi köhnə sahələr su altında qalmışdır. 26 və 27 noyabr 1966-cı ildə dəmiryolu xətti rəsmi olaraq açılmışdır. O zaman Mostardaki dəmir yolu stansiyası, platformalar, təhlükəsizlik avadanlıqlarının quraşdırılması tam olaraq başa çatmamışdı[3]. 1969-cu ildə[6][7] dəmiryolu xəttinin elektrikləşdirilməsi tam olaraq başa çatır.

Standart bir ölçüyə malik Sarayevo-Ploçe dəmir yolu xəttinin tikintisindən sonra 1968-ci ildən 1988-ci ilədək liman və stansiyasında yük daşımalarının illik həcmi dörd dəfə artaraq - 956 min tondan 4.325.000 tonadək artmışdır. Bu dövr ərzində isə sərnişin daşımalarda azalma müşahidə edilir. Sərnişin daşımalarda azalma 436 000 nəfərdən 167 000 nəfərədək olmuşdur[8].

Xorvatiya müstəqil olduqdan sonra onun ərzaisindən keçən dəmir yolunun idarəsi Xorvatiya dəmir yolları (HŽ), Bosniya və Herseqovina ərazisindən keçən hissənin idarəsi isə Željeznice Federacije Bosne i Hercegovineyə (ŽFBH) həvalə edilir. Bosniya müharibəsi zamanı xəttin bəzi hissələri dağıdılır. Lakin sonradan bu hissələr yenidən bərpa edilmişdir[6].

  1. Fritz Stöckl: Eisenbahnen in Südosteuropa.
  2. "Ploče-Bahn" (German). Elmar Oberegger. 2006. İstifadə tarixi: 2014-08-05. Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2014-02-01. İstifadə tarixi: 2019-05-22.
  3. 1 2 3 Fritz Stöckl: Eisenbahnen in Südosteuropa. Bohmann Verlag, Wien 1975, ISBN 3-7002-0431-X, S. 231ff.
  4. "Željeznice Federacije Bosne i Hercegovine: Infrastruktur – Erlaubte Geschwindigkeit" (German). Željeznice Federacije Bosne i Hercegovine. 2016-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06. Arxivləşdirilib 2016-01-16 at the Wayback Machine "Arxivlənmiş surət". 2016-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-22.
  5. "Željeznice Federacije Bosne i Hercegovine: Infrastruktur – Eisenbahnkategorisierung" (German). Željeznice Federacije Bosne i Hercegovine. 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06. Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine "Arxivlənmiş surət". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-22.
  6. 1 2 3 "Željeznice Federacije Bosne i Hercegovine: Aus der Geschichte der Eisenbahn" (German). Željeznice Federacije Bosne i Hercegovine. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-05. Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine "Arxivlənmiş surət". 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-22.
  7. Fritz Stöckl: Eisenbahnen in Südosteuropa. Bohmann Verlag, Wien 1975, ISBN 3-7002-0431-X, S. 46.
  8. Zoran Curić. "Prometnogeografsko značenje luke Ploče" (PDF; 3,1 MB). Hrvatski geografski glasnik (xorvat). 1993-09. 191–202. İstifadə tarixi: 2014-08-05. Arxivləşdirilib 2014-08-11 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2014-08-11. İstifadə tarixi: 2019-05-22.