Sarrauniya Manqu — XIX əsrin axırlarında animist Hausa tayfası olan Əznanın başçısı və kahinəsi. Onun rəhbərliyindəki qüvvələr 1899-cu ildə Luqu döyüşündə (indiki Nigerdə) Mərkəzi Afrika ekspedisiyasının bir hissəsi olan Fransa müstəmləkə qoşunları ilə vuruşmuşdur. alt qrupunun baş/kahinası idi.
Sarrauniya |
---|
Sarrauniya hausa dilində kraliça və ya qadın başçı deməkdir. Luqu və ətrafdakı Hausa şəhər və kəndlərinin əsasən animist Əzna xalqı arasında bu termin həm siyasi, həm də dini hakimiyyəti həyata keçirən qadın hökmdarların nəslinə aiddir. Sarrauniya Manqu 1899-cu ildə Luqu döyüşündə Fransa müstəmləkə qoşunlarına qarşı göstərdiyi müqavimətə görə Sarrauniyalar arasında ən məşhuru idi.[1] Nigerdəki əksər tayfa başçıları praqmatik olaraq Fransa hakimiyyətinə tabe olsalar da, Sarrauniya Manqu öz xalqını və resurslarını Luquda şiddətli hücuma keçən Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkəçi qüvvələri ilə qarşılaşmaq üçün səfərbər etmişdir.[2]
Sarrauniya 1986-cı ildə Nigeriya yazıçısı Abdulaye Mamaninin eyniadlı romanı əsasında çəkilmiş "Sarrauniya" filminin mövzusudur.[1]