Luqu döyüşü

Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir.[1]

Luqu döyüşü
Tarix 16 aprel 1899

Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Logéat, Yvon. "Version grecque". Atala (3). 2003. 2006-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-09-19.