Sasaki Takayuki

Sasaki Takayuki (佐々木 高行?, 26 noyabr 18303 mart 1910, Tokio)Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya siyasətçisi.

Sasaki Takayuki
yap. 佐々木高行
Doğum tarixi 26 noyabr 1830(1830-11-26)
Vəfat tarixi 3 mart 1910(1910-03-03) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Fəaliyyəti Samuray, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sasaki Takayuki 1830-cu ildə Yaponiyanın Tosa hanında[a] doğulmuşdur.[1] Sakamoto RyomaQoto Şociro ilə birlikdə Tosa hanındakı imperator restevrasiyası hərəkatında iştirak etmişdir.[1] Meyci islahatından sonra Ədalət nazirliyinə qoşulmuş, 1871-ci ildə İvakura missiyası çərçivəsində digər ölkələrin məhkəmə sistemlərini tədqiq etmişdir.[1] Koreyanın mümkün işğalı üzərindəki mübahisələrdən sonra bir çox tosalı siyasətçi buna qarşı çıxaraq vəzifələrindən istefa etsələr də, Sasaki hökumətdə qalmışdır.[1] 1877-ci ildə keçmiş Tosa samuraylarının Satsuma üsyanına qatılmamasında vacib rolu olmuşdur.[1]

Növbəti illərdə Yaponiya Gizli Şurasının üzvü olmuş, gələcəkdə İmperator Tayşo olacaq vəliəh Harunun tyutoru seçilmişdir.[1] O, Şahzadə MasakoŞahzadə Fusakonun da müəllimi olmuşdur.[2] Bunlara baxmayaraq, Sasaki həmişə ana siyasətin xaricində qalmışdır.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.
  • Keene, Donald. Emperor of Japan: Meiji and His World, 1852-1912. Nyu-York: Columbia University Press. 2002. ISBN 978-0-231-12340-2. İstifadə tarixi: 25 iyul 2022.