Saspirlər — Midiya və Kolxida arasında yaşamış qədim xalq.
Azərbaycan ərazisinin ən qədim sakinlərindən biri də saspirlər olmuşdur. Herodot da bu soyların adını belə çəkmiş[1] və onları Araz sahilində, midiyalıların, kolxların «Kolxida ovalığı indi də həm Qafqazın, həm də indiki Gürcüstanın ərazisində yerləşməklə kolxların yaşayış arealına çevrilmişdi» və urartuların qonşuluğunda yerləşdirilmişdir. Gürcü alimi G.A.Melikişvili saspirlərin soy birləşməsinin tərkibinə hürri-urartu və işquz- qimmir soy birləşmələrini də daxil etmişdir. Herodota əsaslansaq saspilərin şimalında və şimal — qərbində kaspiləri və sakları «görmüş olarıq». Daha da dəqiq olsun deyə Herodotun əsərindən bir yarımçıq cümləni sitat gətirməklə saspirlər haqqında, onların məskunlaşma arealı (bu söz artıq biologiyada öz çevrəsini genişləndirməklə canlı təbiətin ayrılmaz hissəsi insana da aid edilir) haqqında bilgi əldə etmiş olardıq. O yazır ki, «…preslərdən, midiyalılardan, saspirlərdən … şimaldan-şərqə tərəf axan Araz çayı və Kaspi (Xəzər sözünü mən işlədirəm-B.Q) dənizi yerləşir. İstər kaspi, istərsə də xəzərlər miladdan əvvəl yaşamış, lakin ikincilərin tarixdə adı daha çox bizim eranın I minilliyində daha çox çəkilir. Herodot saspirləri həmçinin iiriklərlə qonşuluqda «görür». «İiriklər»-»bu keçəllər soyu» (Herodot belə yazır) sonralar sabir-xəzər soy birliyinə daxil olmuşdular. Sabirlər saspirlərin transformasiyası nəticəsində yaranmış, «ütülənmiş», «cilalanmış», əvvəl savir, sonralar sabir adlanmışdır. İirklərin adı indi də qonşu İranın adında «yaşamaqdadır». İirk+an şəkilçisi, yəni iirkan lan2 şəkilçisi indiki morfologiyada ismin cəm şəkilçisidir». «k» hərfinin tələffüzdə düşməsi,sözün sonundakı cəm şəkilçisi bu gün də iran dilləri, Hind-Avropa ailəsi üçün səciyyəvi olmuşdur. Bizim eranın IV-V yüzillik müəllifləri, tarixi qaynaqlar iirkləri «onoqur-onoquz» adlandırırlar. Bu soyların dilinin Azərbaycan dilinin kökündə dayanması elmdə şübhə doğurmur.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |