Satlec çayı (aşağı axarlarda Pəncnad; pənc. ستلج, ਸਤਲੁਜ, urdu ستلج, hind. सतलुज, sanskr. शतद्रु və ya सुतुद्री) — Asiyada yerləşən çay Hind çayının ən iri qoludur. Çin ərazisindən başlayan çay Hindistan və Pakistandan axaraq Hind çayına tökülür. Öz başlanğıcını Tibet dağlarından hündürlüyü 4630 m yüksəklindən (Kaylas dağı və Manasarovar gölü). Uzunluğu 1536 km (1050 km Hindistan ərazisindən axır), hövzəsinin sahəsi 395 min. km² təşkil edir.
Satlec çayı | |
---|---|
pənc. ستلج, ਸਤਲੁਜ, urdu ستلج, hind. सतलुज, sanskr. शतद्रु və ya सुतुद्री | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 4630 m |
Mənsəbi | Hind çayı |
Uzunluğu | 1536 km |
Hövzəsinin sahəsi | 395000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Satlec çayının 160 km boyunca ərazi Pakistan və Hindistanın dövlət sərhədini təşkil edir.
Satlec axdığı regionların ən uzun çaylarıdır. Əsasən Pəncab ərazisindən axan çay Tar səhrası ərazisindəndə axır. Mənbədən 400 km məsafədə 400 кm məsafədə Lanqçen-Kanbab adı ilə şimal-qərbdə dərin dərələrlə, Ladakx və Kaylas silsilələri arasından axır.
Çay yuxarı axarlarda əsasən əriyən qarlar və buzlaqlarla qidalanır. Digər hissələrdə isə mussonların təsirinə məruz qalır. Rupar şəhəri yaxınlığında illik su sərfiyyatı 530 m³/s, maksimal sərfiyyat isə 12-15 min m³/s olur.
Çay dəfələrlə öz yatağını dəyişmişdir. 1000, 1245, 1796, 1953 illərdə çayın yatağını dəyişməsi nətəcəsində minlərlə insan miqrasiya etməli olmuşdur. 1700 ci ilə qədər çay Sarasvati çayının qolu olmuşdur. Tektonik aktivliklər səbəbindən çay dəmtini dəyişərək cənub-qərbə istiqamətlənmişdir. Bu zaman Çölistan səhrası formalaşır. Sind ştatının boşalmasına səbəb olmuşdur.
Çayın yuxarı axarları təbii ki, yüksək dağlıq ərazilərdən axır. Aşağı axarlarda isə yüksəklik azalır. Hindlilər çayın üzərində 4 kaskat SES tikmişlər ki, onlsrın ümumi güçü 1200,000 kVt təşkil edir. Üstəlik hindistan hökuməti on illiklər ərzində Satlec çayını Yamuna çayı ilə birləşdiirən və uzunluğu 214 km olan Satlec-Yamuna kanalının tikintisini reallaşdırmağa çalışırlar[1]. Gəmiçilik üçün ancaq gursululuq dövrlərində və müəyyən ərazilərdə mümkündür.
Çayın başlanğıçını çox çətin və əl çatmaz ərazilər başlayır. İlk dəfə 2004-ci ildə mənbələri aşkarlamaq məqsədi ilə rus və alman alimləri buna cədh göstərmişlər[2]
Çayın sahillərindəyerləşən iri şəhərlər: