Çölistan

Çolistan / Çölistan[1] (urdu چولستان, ing. Cholistan) və ya Roxi (pənc. روہی) — Pakistanın Bahavalpur və Pəncab vilayətlərindən 13 km aralıda yerləşən səhralıq ərazi.

Çölistan
Çölistanda yerləşən Deravar qalası
Çölistanda yerləşən Deravar qalası
Ümumi məlumatlar
Sahəsi 16,000 km²
Yerləşməsi
28°30′00″ şm. e. 70°00′00″ ş. u.HGYO
Ölkə  Pakistan
Çölistan xəritədə
Çölistan
Çölistan
Çölistan (Asiya)
Çölistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səhranın ərazisi 16,000 km² təşkil edir. Çölistan Tar səhrası ərazisinə keçərək Hindistanın Sind vilayətinin daxilinə uzanır.

Çölistan türk-iran mənşəli söz olub, türkcə "çöl" (çöl, səhra) və irani "-stan" (ərazi, diyar) sözlərindən ibarətdir, mənası da "çöllük, səhralıq" deməkdir.

Səhrada yarım-köçəri həyat sürdürən toplumlar yaşayır. Səhranın ortasından Harka çayının qurumuş dərəsi yerləşir, və qədim Hind vadisi mədəniyyətinə aid yaşayış məntəqəsi aşkarlanmışdır.

Həmçinin Çölistanda hər il "Annual Cholistan Jeep Rally" (İllik Çölistan Cip Rallisi) adlı cip (Jeep) maşınları üzərində ralli yarışması keçirilir.