Saturnun peykləri — Saturnun 82 peyki var. Alimlərin fikrincə Saturnda kəşf edilməmiş bir çox peyk var. Saturnun ən böyük peyki Titandır. Bu peyk Günəş sistemində ən böyük 2-ci peykdir. Saturna ən yaxın peyk Pan, ən uzaq peyk isə Fornyotdur. Saturnun 82 peykindən ancaq 53-ünün adı var və 13-ünün diametri 50 kilometrdən çoxdur.[1][2]
2019-cu ildə ABŞ-nin araşdırması daha 20 peykin tapılmasına səbəb oldu. Bununla da, Saturnun peyklərinin sayı Yupiterinkiləri keçdi. Beləliklə, Saturn Günəş Sisteminin ən çox peykə sahib olan planeti oldu.
Bu peyklərdən 17-i Saturnla eyni istiqamətdə dönür. Qalan 3-ü isə planetin əks istiqamətində dönür. Planetin əksinə dönən peyklərdən 2-i planetə yaxın olduğu üçün tam bir dövrü 2 ildə tamamlayır. Daha uzaqdakı digər peyklər isə planet ətrafında turu 3 ilə tamamlayır.
Bu peyklərin diametri 5 kilometrə çatır.
Peyklər Havay adalarındakı Manua-Kea vulkanındakı Subaru teleskopu vasitəsilə kəşf olunmuşdur.