Mefona (peyk)

Mefona (ing. Methone) — Saturnun çox kiçik peyklərindən biri. Orbiti Saturnun Mimas və Enkelad peyklərinin orbitləri arasında yerləşir.

Mefona
20 may 2012-ci ildə "Kassini" aparatının çəkdiyi şəkil.
Kəşfi
Kəşf edənKassini komandası
Kəşf yeriKassini-Hüygens (kosmik gəmi)
Kəşf tarixi1 iyun 2004 (20 il əvvəl) (2004-06-01)
Təyinlər
Alternativ adlar
Saturn XXXII
Orbital xarakteristikası
Böyük yarımoxu
194 440±20 km
Orbitinin ekssentrisiteti0.0001
Siderik fırlanma dövrü
1.009573975[1]
Əyilməsi0.007°±0.003°
Nəyin peykidirSaturn
Özünə xas ekssentrisitet
0,0001
Fiziki xarakteristikaları
Orta radiusu
1,6±0.6 km
Həcmi17 km³[2]
Kütləsi9 petagram[3]
Orta sıxlığı
0,31 q/sm3

Kəşf və adlandırma

[redaktə | mənbəni redaktə et]
Peykin kəşfinə səbəb olmuş şəkil (1 iyun 2004)

Peyk ilk dəfə Kassini komandası tərəfindən müşahidə olunmuş və müvəqqəti olaraq S/2004 S 1 adı verilmişdir. Daha sonra peyk Saturn XXXII adlandırılmışdır. "Kassini" aparatı iki dəfə peykə yaxınlaşmışdır. 2012-ci ilin 20 mayında peykin 1.900 km yaxınlığına çataraq şəklini çəkmişdir.

Mefona adı 21 yanvar 2005-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tövsiyə olunmuş, 2006-cı ildə keçirilmiş iclasda təsdiq olunmuşdur. Yunan mifologiyasında Mefona yeddi alkioniddən biridir.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin may ayında Saturnun orbitində fəaliyyət göstərən "Kassini" aparatı ilk olaraq Mefonaya yaxınlaşaraq onun şəkillərini çəkmişdir. Çəkilən şəkillərdə peykin səthinin detalları yaxşı ayırd edilə bilinməmişdir. Aparatın köməyi ilə peykin yumurtaşəkilli olduğu, çox hamar və kratersiz səthə malik olduğu məlum olmuşdur. Saturnun digər peykləri olan Pallena və Eqeon peyklərinin də belə hamar səthə malik olduğu ehtimal edilir. Mefonaya ən yaxın peyk Mimasdır. Digər kiçik peyklərin çoxunda olduğu kimi Mefona da kürə formasında deyil.[4]

Mefonanın radiusu 1,6 km, çəkisi təxminən 9×1012 kq-dır.[5]

  1. "NASA Celestia". 2005-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
  2. NASA FACTS (ing.). NASA.
  3. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  4. "Satürn Yörüngesinde Bir Yumurta: Methone" (türk). 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
  5. "Methone: Facts & Figures". 2014-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]