Hiperion (peyk)

Hiperion (ing. Hyperion) və ya Saturn VII — Saturn planetinin təbii peyki. 1848-ci ilin 16 sentyabrında Villiam Bond, Corc Bond və Villiam Lassel tərəfindən kəşf olunmuşdur. Peyki digərlərindən fərqləndirən əsas cəhəti kürə formasında olmamasıdır.

Hiperion
Kəşf edənUilyam Lassel[1]
Kəşf tarixi16 sentyabr 1848[1]
Şərəfinə adlandırılıb
Hiperion
Böyük yarımoxu
1.500.934 km
Əyilməsi0,0075 radian
Nəyin peykidirSaturn
Özünə xas ekssentrisitet
0,1230061
Kütləsi5,58 ± 0,02 zettagram[2]
Albedo0,3
14,1

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Peyk öz adını yunan mifologiyasında Kronun ögəy qardaşı olan İşıq tanrısı Hiperiondan almışdır. Ekvivalent ad kimi Saturn VII-dan dan istifadə olunur. Çünki bu ingilis astronom Con Herşelin kəşf etdiyi 6 Saturn peykindən sonra 7-ci peykdir.

Saturndan 1.5 milyon km uzaqlıqda olan və planetin ətrafında dövrəsini 21 günə başa çatdıran Hiperion yumurta formalı olub 360 km uzunluğunda və 250 km enindədir.

Səthinin niyə bu qədər meteor izi daşıdığı bilinmir. Peykin sıxlığı isə suyun sıxlığından belə azdır.

Hiperion o qədər yüngüldür ki, qaçış sürəti müxtəlif yerlərdə müxtəlif cür olub 45–100 metr/saniyə arasındadır. Yəni atılan düşən yerə düşməyə bilər və ya bir sıçrayışla onlarla metr hündürlüyə çatmaq mümkündür. Peykin cazibə qüvvəsi çox zəif olduğundan səthində gəzmək çox çətindir.[3]

Peykin səthi Kassini-Hügens aparatı vasitəsi ilə bir neçə dəfə çəkilmişdir. İlk təmas 2005-ci ilin 26 sentyabrında 500 km məsafədən olmuşdur. İkinci təmas 2011-ci ilin 21 avqustunda baş tutmuşdur. Üçüncü təmas isə 16 sentyabr 2011-ci ildə olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]