Savoyyalı Yolanda Luiza

Savoyyalı Yolanda Luiza (it. Iolanda Ludovica di Savoia) (11 iyul 1487, Turin12 sentyabr 1499[1], Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu II Filibertin xanımı, Savoyya hersoqinası. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır.

Savoyyalı İolanda Luiza
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1487(1487-07-11)
Doğum yeri
Vəfat tarixi 12 sentyabr 1499(1499-09-12)[1] (12 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Otkomb Abbatstvo[d]
Atası I Çarlz (Savoyya hersoqu)
Anası Savoyyalı Blanş
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hələ 3 yaşında ikən atası vəfat etmiş, yerinə balaca qardaşı II Çarlz hersoq, anası Blanş isə taxt naibəsi elan edilmişdi. Ancaq qardaşı 6 yaşında ikən bədbəxt hadisə nəticəsində ölmüş, taxt Savoyyalı Lüdovikin oğlu II Filippə keçmişdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti 9 yaşlı Yolanda ilə evləndirdi. Çünki Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi.

  • Scott, John Beldon (2003). Architecture for the Shroud, Relic and Ritual in Turin. University of Chicago Press
  1. 1 2 Pas L. v. Yolande Louise de Savoie // Genealogics (ing.). 2003.