I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468[1] – 13 mart 1490[2]) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır.
I Karl | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1468[1] |
Vəfat tarixi | 13 mart 1490[2] (21 yaşında) |
Atası | IX Amadeus (Savoyya hersoqu)[3] |
Anası | Valualı Yolanda |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər.
Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi. 1485-ci ildə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşla evləndi və cütlüyün 2 övladı doğuldu: