Saxa atı (saxa сылгы və ya саха ата) — Saxa ərazisində formalaşan at. Cins xalq seleksuyası sayəsində yerli şəraitı uyğunlaşaq formalaşmışdır.
Saxa atı | |
---|---|
saxa сылгы və ya саха ата | |
Digər adları |
Saxa atı Yakutiya atı |
Cinsin istiqaməti | Əsasən minik, ətlik-südlük |
Ölçüləri | 150 sm, beli enlidir |
Yetişdirildiyi yer | Rusiya |
Arealı | Saxa |
Vikianbarda əlaqəli mediafayllar |
Saxa cinsi[1] şaxtaya davamlı olmaqla yanaşı qalın dəriyə və uzunluğu 8-15 sm olan xəzə malikdir. Bu ad hətta qışın sərt vaxtı qırnaqları ilə qarı eşərək onun altınfa yerləşən otlarla qidalana bilir. Bu atlar il boyu açıq səma altında yaşayırlar. Yayda +40°, qışda isə -60° S temoeratur şəraitində yaşaya bilir. Onlar sərbəst şəkildə qida aşkarlaya bilirlər. 1988-ci ildə tundra ərazisinə 160 km² əraziyə bir sürü saxa atıları buraxılmışdır. Hədəf isə bölgənin ekosistemini bərpa etmək olmuşdur.
Bu atlara nisbətən yaxın cins Monqol atlarıdır. Ancaq Saxa atları monqol atlarından fərli olaraq hündür və əzələli formaya malikdir. Bu atlar əsasən boz və sıçan rəngində olur.
Bu atlar qısa ayaqlara və iri başa malik olur. Bu cins üç tipə bölünür: Şimal əsas tip (Ortakolıma, veroyanski altarı), Cənubi alçaqboy tip (zavodlara cəlb edilmir), Cənub hündürboy tip (zavodlara cəlb edilib. 2001-ci ildə Stepan Vasilev adına at yetişdirmə zavodunda Saxa atınının yeni cinsi olan «Meqejen» adlı atın təqdimatı keçirilmişdir.
Ortakolıma atlarının ölçüləri: Altı aylıq atların çəkisi 105 kq, 2,5 yaşlı atların isə 165 kq, yaşlı atların çəkiləri isə 228 kq olur. Onların addımları qısa olur. Onlar 3200 metri qar üzərində 5 dəqiqəyə, 1600 m məsafəni isə 3 dəqiqəyə qət edirlər. Onların tam formalaşması 5-6 yaşlarına təsadüf edir. Onları hətta 25-27 ilinə qədər təsərrüfatda istifadə edilir. Saxa atlarının böyük qismi Lena, Yana, Kolıma və İndiqirka çayları hövzəsində yayılmışdır. Saxa atları dözümlü və çıxılmaz vəziyyətlərdə özünü sərbəst aparması ilə seçilir.
Ənənəvi olaraq saxa atları iki istiqamətdə istifadə edilir:
Onun əti dadlı və çox yağlıdır[2] Saxada əsas ev heyvanları kimi yetişdirilir.