Saxalin tuneli

Saxalin tuneli — Tikintisi tam olaraq başa çatdırılmamış tunel kompleksi. Tunel Nevelskoy boğazının altı ilə materikdə yerləşən Lazarev burnu ilə Saxalin adasında yerləşən Poqibi burnu arasından çəkilmişdir.

Saxalini materikə birləşdirəcək tunelin inşası fikiri hələ XIX əsrin sonlarında meydana gəmişdir. Ancaq maliyyə çatışmamazlığı səbəbindən inşa edilməmişdir.

Tikinti işlərinə ilk cəhd 1929–1930-cu illərdə başlanılmışdır.

1950-ci ildə Saxalini materikə birləşdirən dəmiryolu xəttinin çəkilişi fikrini İosif Stalin bildirir. Burada bərə, körpü və ya tunel tikintisi fikri ortaya atılır. Bir müddət sonra rəsmi səviyyədə tunel və bərə ilə əlaqə yaradılması qərara alınır. Tunelin tikintisi SSRİ Daxili İşlər Nazirliyinə həvalə olunur.

İlkin olaraq dəmir yol nəqliyyatını təmin etmək məqsədi ilə xətlər inşa edilməyə başlanılmışdır. Sxalində Pobedino stansiyasından Pobiqi burnuna qədər uzunluğu 327 km olan dəmiryolu inşa edilməli idi. Təkcə magistralın ada hissəsində 9 stansiya inşa edilmişdir. Tunelin uzunluğu isə Lazareb burnundan Pobiqi burnuna kimi 10 km olmalı idi. Tunelin tikintisi üçün boğazın ən dar hissəsi seçilmişdi.

Müvəqqəti bərə daşımalı ilə tikintinin başa çatdırılması 1953-cü ilə, tam olaraq tunelin işə salınması isə 1955-ci ilə təsadüf edtməli idi. İlk illərdə yük dövrüyyəsi 4 milyon ton olaraq hesablanmışdı.

Xabarovsk diyarı ərazisində Amur çayı sahili ilə Selixin stansiysı ilə Çyornı burnu arasında uzunluğu 120 km olan dəmiryolu inşa edilmişdir. Bərə nəqliyyatının keçəcəyi yerdən damba inşa edilir. Üstəlik tunelin başlayacağı yerdə, Lazarev burnunda şaxta qazılır.

Saxalin vilayəti ərazisində işlər olduqca çətin vəziyyətdə aparılırdı. Bu səbəbdən 1 km-də olsun dəmir yolu çəkilməmişdir. NışPoqibi torpaq yolu isə ancaq taxta şalban daşınmasında istifadə edilmişdir.

1973-cü ildə Saxalin materiklə Vanino–Xolmsk bərə yolu ilə birləşdirilmişdir.

Müasir layihələr

[redaktə | mənbəni redaktə et]

2016-cı il məlumatına görə regionun nə hava nə də bərə bölgənin tələbatına cavab vermir. Qışda Tatar boğazı tam donur. Burada buzqıran tipli bərələr olmasına baxmayaraq fırtınalar zamanı yol tam işləksiz qalır.[1]

1992-ci ildə Saxalin dəmir yolları idarəsinin rəhnəri A. B. Vasilev tərəfindən yenidən təklif edilir. 1999-cu ildə bu layihəyə yenidən baxılması barədə Nəqliyyat Naziri Aksyonenko çıxış edir. 2000-ci ildə layihəni yenidən dəyərləndirmək məqsədi ilə əraziyə baxış keçirilir. Ancaq nazirin istefası səbəbindən layihə dayandırılır.

15 iyun 2017-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin canlı yayımda çıxışı zamanı Saxalin körpüsü məsələsinə toxunmuşdur. O, hazırda Saxalini materikə birləşdirəcək vasitənin körpü və ya tunel olacağının dəqiq bilinmədiyini bildirir. Üstəlik əgər körpü layihənin reallaşdırılarsa buna 286 milyard rubl tələb olunduğunu bildirmişdir.[2]

22 noyabr 2017-ci ildə Rusiya Nəqliyyat Naziri Maksim Sokolov Saxalini materikə birləşdirəcək dəmiryol körpüsünün reallaşdırılmasına 2018-ci ildə başlanacağını bildirmişdir.[3]

  1. "Мост через Татарский пролив: когда Сахалин свяжут с материком?". доринфо.ру. 10.07.2012. 2014-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  2. После Крымского моста Россия начнет строить мост на Сахалин, Россия 24, Jun 15, 2017 (Видео, 4 мин.)
  3. "Проектирование ж/д моста на Сахалин начнется в 2018 году". 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.