Sayalı (balet)

Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Sayalı
Tipi klassik balet
Bəstəkar Elnarə Dadaşova
Xoreoqraf Pulumb Agilliu
Premyera
Balet şirkəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

“Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir.

"Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.