Scilla zangezura

Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Mişenko zümrüdçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Psixrofitdir, soğanaqla və toxumla çoxalır. Alp qurşağında əriyən qarların ətrafında rast gəlinir. Gilli, daşlı-çınqıllı yamaclarda bitir. Dekorativ bitkidir.

Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ və Qapıcıq dağları ərazisində).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen (əhali tərəfindən yığılması) və ekoloji təsir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin etmək üçün yeni yayılma yerləri axtarılmalıdır.

  • Scilla diziensis Grossh.
  • Scilla grossheimii Sosn.
  • Scilla tubergeniana Hoog & Stearn
  • Scilla zangezura Grossh.