Sele

Sele[3] (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir.

Sele
Cilli
Celje
Gerb
Gerb
46°13′44″ şm. e. 15°15′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1451
Sahəsi
  • 22,714 km²
Mərkəzin hündürlüyü 238 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.122 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +386 3
Poçt indeksi 3000
Nəqliyyat kodu CE
Digər
celje.si
Xəritəni göstər/gizlə
Sele xəritədə
Sele
Sele
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.). Bu ölkə slovenlərə məxsus və orta əsrlərdə müstəqil olan yeganə dövlət olmuşdur. "Üç ulduz" — qrafların və Sele şəhərinin rəmzidir — müasir Sloveniya dövlət embleminin elementlərindən birinə çevrilmişdir. 1991-ci ildə On günlük müharibədən sonra Sele müstəqil Sloveniyanın bir hissəsi oldu. 7 aprel 2006-cı ildə Papa XVI Benedikt Maribor Arxiyeparxiyası nəzdində Sele yeparxiyasını təsis etmişdir. Şəhərin turistik yerləri 1241-ci ildə və 16-cı əsrdə inşa edilmiş monastırdan və qəsrdən ibarətdir.

2012-ci ildə şəhər əhalisinin sayı 37 584 nəfər təşkil edir; 2002-ci il siyahıya alınmasına görə şəhərdə 48 081 nəfərdir. 1991-ci il məlumatına əsasən şəhər əhalisinin 82,1 % slovenlər, 4,6 % serblər və 4,1 % xorvatlar təşkil etmişdir.

1991-ci ilə görə etnik tərkib:

İcma əhalisinin artım dinamikası:

İl 1924 1940 1995 2002 2007 2010
Əhali 7750 20 000 40 710 48 081 45 826 50 039

Seje 1941-ci ilin aprelində Nasist Almaniyası tərəfindən işğal etdilmişdir. Müharibə dövründə (yaxınlıqdakı şəhərlər də daxil olmaqla) 20 min nəfər əhalisi olan şəhər, 575 nəfər itki vermişdir. Bu əsasən 20 və 30 yaşları arasında olan gənclər idi. İkinci dünya müharibəsinin sonunda , 1945-ci ildə almanlara aid 181-ci piyada diviziyası Sele şəhərinə sıxışdırılmışdır. Diviziya buradaca Yuqoslaviya ordusuna təslim olmuşdur[4].

Şəhərin Sele adlı perşəkar futbol klubu vardır.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 archINFORM (alm.). 1994.
  2. http://pop-stat.mashke.org/slovenia-cities.htm.
  3. "Topqrafik xəritə". 2018-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
  4. Georg Tessin: Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973, ISBN 3-7648-0872-1, S. 207.
  • Georg Tessin: Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973, ISBN 3-7648-0872-1, S. 207–211.