Sem dayı

Ceyms Montqomeri Flaq tərəfindən 1917-ci ildə çəkilmiş posterdə Sem dayı Amerikalı gəncləri Birinci dünya müharibəsində iştirak etməyə çağırırdı.

Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.

Amerikalı rəssamlar, 1830-1861-ci illər arasında, ABŞ-nin simvolu kimi Sem dayının və Conatan Birayderin karikaturalarından istifadə etmişdilər. Karikatur şəkillərinin yayımlanması ilə məşğul olan "Punk" jurnalı hər iki şəxsin xarici görünüşü, vahid şəkildə birləşdirərək, ümumi bir personaj yaratmaq üzərində çalışırdılar. Sem dayı personajına sonuncu dəfə 1870-ci ildə Tomas Nast tərəfindən əlavələr edilmişdir. Birinci dünya müharibəsi illərində Ceyms Montgomeri Flaq tərəfindən 1915-ci ildə çəkilmiş posterdə Sem dayı amerikalı əsgərlərin vətəni qorumağa çağırırdı. Posterin alt hissəsində ingilis dilində (ing. I Want You) cümləsi yazılmışdı. Bununla Sem dayının hər bir amerikalı əsəgərə ehtiyacı olduğu fikri formalaşırdı. Montqomeri Flaq tərəfindən çəkilən posterin böyük uğur əldə etməsindən sonra, həmin poster heç bir əlavə edilmədən İkinci dünya müharibəsi ərəfəsində gəncləri mübarizəyə səsləmişdir.

Obrazın simvolikası

[redaktə | mənbəni redaktə et]

Sem dayı obrazı adətən Birləşmiş Statlar və ABŞ Hökuməti ilə assosasiya olunur. Məişətdə işlədilən «Sem dayıya lazımdır...» yaxud «Sem dayı istəyir ...» kimi ifadələr hökumətin ironik və komik obrazını yaratmaq üçün geniş istifadə olunur. Antiamerikan meyllərin güclü olduğu ölkələrdə (həmçinin antiqlobalist aksiyalar zamanı) Sem dayı obrazı Amerikanın imperialist arzularının illustrasiyası kimi istifadə olunur. Bu zaman obrazı qəddar, əzazil qoca kimi təsvir edirlər. Adətən bu tip nümayişlərin sonunda ABŞ bayrağı ilə birlikdə Sem dayının müqəvvası da yandırılır.

  • Məşhur «Simpsonlar» serialının «Special Edna» epizodunda Bart televizorda Sem dayının qalib olduğu boks yarışına baxır.
  • Uilyam Lustiqin «Sem dayı» adlı filmində fanatizm həddinə çatmış patriotizm gülüş obyektinə çevrilib.
  • «Across the Universe» filmində Sem dayı posterdən dirilir və filmin qəhrəmanlarından biri olan Maksveli Amerika Ordusu sıralarına çağırır.