Semanq[2] (özlərini — menik, mendi, monik, nqok) - Malay yarımadası daxilində yayılmış az saylı xalqdır. Köçəri həyat tərzi keçirirlər. Öz adət-ənənələrini qoruyub saxlıya bilirlər. Bununla belə Malayların təsirinə məruz qalırlar. Sayları 8-min nəfər təşkil edir. Semanq dili Avstroasiya dillərinin malakka qrupuna daxildir. Malay dilini bilirlər.
Ümumi sayı | |||
---|---|---|---|
4596 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Onlar altı qrupa bölünürlər: Caxay, batek, mendrik, lanox, kentax, kensiu.
Bu qədim xalq Malakka yarımadasında yaranmışdır. Onlar malay xalqı tərəfindən sıxışdırılmışlar. Bu səbəbdən əssən yarımadanın daxili hissələrində yayılmışlar. Dil baxımından Kxmerlər, Monlar, Vetlər və Mıonqlar ilə bağlılıqları vardır. Onların dili vet-mıonq, mon-kxmer, munda naxal dillərinin daxil olduğu Malakk qrupuna daxil edilir. Dil baxımından bölgə əhalisi ilə əlaqəli olsalarda xariçi görünüş baxımından onlardan fərqlənirlər. Onlar irq baxımından neqiroddirlər. Bu baxımından onlar Cənub-Şərqi Asiyanın relik xalqlarındandır. Andamanlılar və Aetalarla[3] oxşarlıqları vardır. Senoilər və Cakunlar ilə birlikdə Malayziyanın aborigen xalqlarıdır. Bunla belə bu aborigen xalqlar arasında heç bir əlaqə yoxdur. Semanqlar aborigen xalqları arasında ən az saylısıdır. Malaylılar onları «oranq aslı» (tərcümədə yerli əhali, aborigen), «oranq xutan» (meşə insanı), «oranq dalam» (daxili rayon insanları), «oranq bukit» (dağ adamları), «oranq ulu» (yuxarı çay insanları).
İcma şəklində yaşayırlar, əsasən yığıçılıq, balıqçılıq və ovçuluq ilə məşğul olurdular. Onlar ancaq XX əsrdə oturaq həyata keçiş və topaqları əkməyə başlamışdılar. Bambuk, düyü yüetişdirirlər. Əsasən Malaylarla tiçari əlaqə qururlar. Kişilər yığıçılıq və əkin, qadınlar isə yemək bişirir və quda toplayırlar. Bəzi hallarda onlar Malayların tarlalarında məhsul yığımında işləyirlər.
Yaşayış yerləri — talvar və yarpaqdan düzəlmiş evlərdə yaşayırlar. Evlərin dirəkləri bambukdan hazırlanır və üzərləri yarpaqlarla örtülür. Hazırda müasir yipə yaxın olan malay evləri inşa edirlər. Geyim — kişilərin geyimləri qurşağa bənzər olub, orta nayihələrini örtürlər. Qadınlar isə dona bənzər geyimlə yanaşı, sinələrini örtürlər. Son zamanlar isə malay geyimləri geniş yayılmışdır. Onlar dişlərini yonur, burunlarını deşir və bədənlərinə döymə vururlar.
Qəbilənin başında çox zaman yaşlı kişilər şaman olur. Hər qəbilədə 5-20 şalaş olur. Onlar birgə ailə şəkildə yaşayırlar. Ailələr böyük olur. Onları bəzən 3 uşaqları olanlar müşahidə edilir. Nənə, baba və onların uşaqları nəvələri, nəticələri bir yerdə yaşayır.
Onlar arasında Animizm, Şamanizm və mifologiya geniş yayılmışdır. Onlar ölülərin dirildikləri inanır və haradasa qərbə getdiklərini deyirlər.
Qəhrəmanları — Та Piqao və Та Таnqoy , ər və arvad insanları vərdişlərə örgədirdilər. Та Piqao kişiləri ovçuluğa, Та Таnqoy isə qadınları cəlb edici olmağa örgətmişdir.
Semanqların inancla bağlı Voqan Stifen (1891—1892), İlyam Skit (1899—1900), Şaul Şebest (1925) araşdırmalar aparmışdır.