Semaranq — İndoneziyanın Mərkəzi Yava əyalətinin paytaxtı və ən böyük şəhəri. Holland müstəmləkə dövründə böyük bir liman və bu gün də əhəmiyyətli bir regional mərkəz və limandır.
Şəhər | |
Semaranq | |
---|---|
Semaranq şəhəri Kota Semarang | |
6°58′ c. e. 110°25′ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Bölgə | Yava |
Əyalət | Mərkəzi Yava |
İcra başçısı | Hendrar Prihadi |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2 may 1547 |
Sahəsi | 373 78 km² |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | UTC+7 |
Əhalisi | |
Əhalisi | 1 555 984 nəfər (2010) |
Sıxlığı | 4200 nəf./km² |
Milli tərkibi | Yavalılar, Çinlilər, Hindlilər, Ərəblər, Sundalılar, Bataklar, Maduralılar |
Etnoxronim | semaranqlı |
Rəsmi dili | İndoneziya dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+62) 24 |
Nəqliyyat kodu | H |
Digər | |
Rəsmi rəsmi_saytıı | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 373.78 kvadrat kilometr (144.32 kvadrat mil) təşkil edir . Şəhərin əhalisi təxminən 1.8 milyon nəfərdir və bu İndoneziyanın Cakarta, Surabaya, Bandunq, Bekasi, Medan və Tanqeranqdan sonra yeddinci ən böyük şəhəridir.[1] Daxili (metro) ərazidə 2010-cu il siyahıyaalınmasında 2 şəhər və 26 rayonunda 3,183,516 nəfər əhali yaşayırdı.[2] Böyük Semaranq metropolun 6 milyona yaxın əhalisi var. Şəhərin əhalisi əsasən çinlilərlə yavalılardır.