Sen Loran (film, 2014)

Bu məqalə Rejissor Bertrand Bonellonun İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film haqqındadır. Rejissor Cəlil Lespertin İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film üçün İv San Loran (film, 2014) səhifəsinə baxın.

Sen Loran (fr. Saint Laurent) — 2014-cü ildə Bertrand Bonellonun rejissorluğu ilə bioqrafiya-drama janrında çəkilmiş Fransa filmidir. Filmdə Qaspar Ulliel İv Sen Loran, Ceremi Ranye Pyer Berje, Lui Qarrel isə Jak de Başerin obrazlarını yaratmışlar. İkinci dərəcəli rollarda Lea Seydu, Amira Kazar, Helmut Berger və Aymelin Valade kimi aktyorlar çəkilmişlər.[5][6] Filmin mərkəzində moda dizayneri İv Sen Loranın karyerasının zirvəsini yaşadığı 1967-1976-cı illər arasındakı həyatı dayanır.[7] Film 2014-cü il Kann Kino Festivalında Qızıl Palma Budağı mükafatına namizəd olsa da, mükafatı Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmi qazanmışdır.[8] Film Fransa kinoteatrlarında 24 sentyabr 2014-cü ildə çıxarılmışdır.

Sen Loran
Saint Laurent
Janr dram filmi[3][4][…], LGBT mövzulu film[d]
Rejissor Bertrand Bonello
Prodüserlər Erik Altmayer
Nikolas Altmayer
Ssenari müəllifləri Bertrand Bonello
Tomas Bideqayn
Baş rollarda Qaspar Ulliel
Ceremi Ranye
Lui Qarrel
Lea Seydu
Amira Kasar
Aymelin Valade
Helmut Berger
Operator Joze Deşaye
Bəstəkar Bertrand Bonello
İstehsalçılar EuropaCorp
Mandarin Cinéma
Distribütor Netflix
İlk baxış tarixi 17 may 2014 (Kann)
24 sentyabr 2014 (Fransa)
Müddət 150 dəqiqə[1]
Büdcə €8.77 milyon [2]
Ölkələr Fransa Fransa
Belçika Belçika
Dillər ingilis dili
fransız dili
İl 2014
Rəng rəngli
Çəkiliş yeri Paris
IMDb ID2707848

Film Oskar mükafatının "Xarici dildə Ən Yaxşı Film" nominasiyasında Fransanı təmsil etmək üçün seçilsə də, mükafata namizəd göstərilməmişdir.[9] 2015-ci ilin yanvarında film, "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor işi", "Ən Yaxşı Aktyor" "İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktyor" nominasiyaları da daxil olmaqla, ümumilikdə on nominasiyada Sezar mükafatına namizəd göstərilmişdir.[10] Həmçinin beş nominasiyada Lümyer mükafatına namizəd göstərilən film "Ən Yaxşı Aktyor" (Qaspar Ulliel) nominasiyasında mükafatı qazanmışdır.[11][12]

Paris, 1974-cü il. Moda dizayneri İv Sen Loran "Suonn" ləqəbi ilə (Marsel Prustun roman presonajından ilhamlanma) otel nömrələrinin birinə köçür. O, öz nömrəsindən naməlum bir nömrəyə zəng edərək, artıq müsahibə verməyə hazır olduğunu bildirir və özünün depressiyası barədə danışmağa başlayır.

Bu hadisədən bir neçə il ötür: 1967-ci ildə İv Sen Loran müvəffəqiyyətli bir moda dizayneridir. Onun əsərləri insanlar arasında böyük tələbat və rəğbət doğurur; Katrin Denöv və ya Margerit Düras kimi çox məşhur adamlar onun brendindən geyinməyi üstün tuturlar. Gecə klublarının birində o, Chanel-in modeli hesab olunan gənc Betti Katru ilə tanış olur və məhz bu görüş onda daha sonralar qadınlar üçün "Smokinqin" yaradılmasına ruhlandırır. Bu işinə görə o, bütün dünyada qeyd olunur, hətta Amerikalı rəssam və pop rəssam Endi Uorhol ona öz təbrik məktubunu göndərir.

İv Senin "Le smoking" kolleksiyasından olan geyim, San Fransiskodakı Yanq Muzeyində. Filmdə İvin Betti Katru ilə tanış olması və ondan ilhamlanaraq qadınlar üçün ilk smokinq kolleksiyası hazırlaması, həmçinin Endi Uorholun bu kolleksiyaya verdiyi bədii dəyərdən geniş bəhs olunur.

1970-ci ildə İv, onun tərəfdaşı Pier Berje və onların dostları yay istirahətinə Mərakeşdə yerləşən Majorel villasına köçürlər (bura Sen Loranın şəxsi villası idi). Burada İv "Liberasyon" adlı kolleksiyası üzərində çalışır, lakin onun bütün əziyyəti hədər gedir. O, özünün məşhur "YSL Pour Homme" ətrini praktiki cəhətdən tətbiq etmək üçün, nü (çılpaq) fotosessiyada iştirak etməyə qərara alır. „YSL“ parfümeriyasının satılması üçün, Berje beynəlxalq biznes tərəfdaşlarına qoşulmağa çalışır. Rəssam bu vaxt Parisin gecə həyatından uzaqlaşaraq, moda sərgilərində Betti Katrunu və yeni xəyal pərisi sayılan Lulu de ta Falezi müşayiət etməyə başlayır. Burada o, Karl Lagerfeldin yaxın dostu və modabaz Jak de Başeri ilə tanış olur, o bu gürüşü daha sonralar bu cür təsvir edir: "İnsanlar mənim çalışmadığımı düşünürlər. Lakin mən çalışıram və Karlın özünü ilhamlandırıram!". Gözəl pleyboyu görən İv, ona aşiq olur və onunla romantik əlaqələrə girir. Onlar həddən artıq psixotrop maddələrdən istifadə edərək, dostları ilə birgə orgiya düzənləyirlər. Sen-Loran getdikcə alkoqol və ağrıkəsici vasitələrdən asılı olmağa başlayır. İvin hər gün təşkil etdiyi vəhşi şənliklərin ilk qurbanı buldoq Mujik olur — it təsadüfən yerə səpələnmiş dərmanları yeyərək ölür.

Berje nəhayət İv Sen ilə Jak de Başer arasındakı sevgi əlaqələrinə son qoymağı bacarır. İvin keçmiş sevgilisi ilə əlaqələri bundan sonra yalnız məktub yazışması ilə mümkün olur. Lakin onun yaradıcılığında baş vermiş böhran davam edir. Dostu yenidən narkotik maddələrdən istifadə etməməsi üçün, Berje onu ev həbsxanasına salır. Buna görə də, İv bir iş adamın yardımını qəbul edərək, Berjeni yuxuda olarkən heykəllə öldürməyə çalışır. İvin stasionarda qalması artıq qaçılmaz olur. Filmdə Sen Loranın uşaqlıq xatirələri və (bu rolu Helmut Berger ifa edir) 1989-cu ilə qədər (yəni İvin pensiyaya çıxmasında öncə) moda aləmindəki nüfuzundan daim danışılır.

Xəstəxanada İv Sen Loran uğurlu nəticə ilə paltar kolleksiyasını hazırlamağı bacarır, lakin onun təqdimatını son məqamda Berje və Lulu de la Falez edir. 1976-cı ildə keçirilən şou böyük uğurla nəticələnir və bu dəfə, ustad iştirakı artıq öz üzərinə götürməyi qərara alır.

Film 1977-ci ildə sona çatır; Liberasyon qəzetindən dəvət olunmuş jurnalistlər ustanın həyatda yaşadığına əmin olmaq üçün onun emalatxanasına gəlir və burada onun öldüyünü görürlər.

Filmin yaradıcı heyəti 2014-cü il Kann Kino Festivalının açılış mərasimində
  • Qaspar Ullielİv San Loran
  • Ceremi Ranye — Pyer Berje
  • Lui Qarrel — Jak de Beşer
  • Lea SeyduLulu de la Falez
  • Amira Sazar — Ann-Mari Munoz
  • Aymelin Valade — Betti Katru
  • Helmut Berger — İv San Loren 1989-cu ildə
  • Valeriya Bruni Tedeşi — Madame Duzer
  • Mişa Leskot — Jan-Pyer
  • Jasmin Trinka — Talita
  • Valeri Donzelli — Rene
  • Dominik Sanda — Lusyen

İnkişaf və istehsal

[redaktə | mənbəni redaktə et]

Film çəkilişləri 2013-cü ilin sentyabr ayında başlamışdı. Həmin ildə modelyer İv Sen Loran barədə bəhs edən daha bir filmin nümayiş olunması ilə əlaqədar, bu filmin çıxış tarixi 2014-cü ilin oktyabr ayına köçürülmüşdü[13]. Filmin premyerası nəhayət 2014-cü ilin may ayında Kann şəhərində baş tutmuşdu.

Cəlil Lesperin ekranlaşdırdığı versiyadan fərqli olaraq, bu filmdə əsas diqqət mərhum Sen Loranın biznes tərəfdaşları və həyat yoldaşlarına ayrılır. Bu halda onlar filmdə İv Sen Loranın həyatının erkən dövrlərini əks etdirə bilməyəcəkdilər, bundan başqa Bonello və onun komandasının kolleksiyasının orijinal sənət nümunələrini əsas götürməkdən də imtina edilmişdi. Berje hətta əvvəlcədən müəllif hüquqları ilə bağlı problem yaranacağı halda hüquqi proseslərə də hazırlaşmışdı[14].

Sen Loranın qocalığını təsvir edən aktyor Helmut Berger, bir zamanlar modelyerin özü ilə dostluq edirdi[15]. Hələ 1974-cü ildə rejissor Lukino Viskonti tərəfindən ekranlaşdırılan Danışıq parçası filmində xüsusi olaraq Helmut Berger üçün nəzərdə tutulmuş geyimi məhz Sen Loran hazırlamışdı. Elə Romantik ingilis qadını filmində də Bergerin xahişi ilə geyimlər Sen Loran tərəfindən hazırlanmışdı. Buna görə də, rejissor Bonello Kann şəhərində keçirilən mətbuat konfransı zamanı, Bergerin həqiqətən də bu rola uyğun gəldiyini bildirmişdi[16].

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

Filmin 14 may 2014-cü ildə çıxarılması planlaşdırılmışdı. 2014-cü ilin yanvarında studiya çıxış tarixinin 1 oktyabr 2014-cü ilə dəyişdirilməsini elan etdi.[17] Daha sonra isə çıxış tarixi 24 sentyabr 2014-cü ilə dəyişdirildi.[7]

2014-cü ilin mayında Kann Kino Festivalında premyerası zamanı, Sony Pictures Classics filmin Şimali Amerikada yayım haqqlarını əldə etdi.[8][18] 2014-cü ilin sentyabrında isə Film Nyu York Film Festivalında nümayiş etdirildi.[19]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Tənqidçilər filmə əsasən müsbət rəy vermişdilər[20]. Le Monde qəzeti filmin "əlbəttə ki, ən dolğun və əhatəli işin nəticəsində yarandığını" yazmışdı[21].

Azsaylı, əsasən mənfi rəylərə və tənqidə daha çox açıq-saçıq film səhnələri məruz qalmışdır. Paris Match-da qeyd edilir ki, "Problem budur ki, o [Bonello], filmdə tez-tez "Xatirələr" mövzusu ilə jonqlyorluq edir və bunun doğrudan da çox mənasız bir şey olduğunu düşünürəm"[22]. İsveçrənin gündəlik xəbər icmalı öz mövqeyini bu cür bildirmişdi: "Şəkillər insan daxili həyatını əks etdirir və o [İv Sen Loran] doğrudan da, heç vaxt yaşamadığı barədə şikayətlənir və narkotiklər vasitəsilə həyatının yorğunluğunu unutmaq istəyirdi. Filmdə kutüryenin ətrafında toplanan şəxlər isə daha cansız və estetikadan kənardır". Bundan başqa, bir çox tənqidçilər filmdə baş rolu Ulliel tərəfindən ifa etməsinə mənfi yanaşaraq, ondan daha öncə rejissor Cəlil Lesperin "İv Sen Loranında" baş qəhrəmanı canlandırmış Pyer Nineyin daha inandırıcı olduğunu bildirmişdilər[23].

Bertrand Bonello, Qaspar Ulliel və Ceremi Ranye 2014-cü il Kann Kino Festivalında.
Mükafat/ Film Festivalı Kateqoriya Nominant Nəticə
2014 Kann Kino Festivalı Qızıl Palma Budağı Sen Loran Namizəd
40-cı Sezar Mükafatı Ən Yaxşı Film Sen Loran Namizəd
Ən Yaxşı Rejissor işi Bertrand Bonello Namizəd
Ən Yaxşı Aktyor Qaspar Ulliel Namizəd
İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktyor Lui Qarrel Namizəd
Ceremi Ranye Namizəd
Ən Yaxşı Quruluşçu-rəssam işi Katya Viszkop Namizəd
Ən Yaxşı Səs Nikola Kantin, Nikola More, Jan-Pyer Lafors Namizəd
Ən Yaxşı Operator işi Xose Deşaye Namizəd
Ən Yaxşı Montaj işi Fabris Road Namizəd
Ən YAxşı Kostyum Dizaynı Anais Romand Qazandı
Loui Delüs Mükafatı Ən Yaxşı Film Sen Loran Namizəd
20-ci Lümyer Mükafatı Ən Yaxşı Film Sen Loren Namizəd
Ən Yaxşı Rejissor işi Bertrand Bonello Namizəd
Ən Yaxşı Aktyor QasparUlliel Qazandı
Ən Yaxşı Ssenari Tomas Baydgeyn və Bertrand Bonello Namizəd
Ən Yaxşı Operator işi Xose Deşaye Namizəd
5-ci Maqritt Mükafatı İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktyor Ceremi Ranye Qazandı
19-cu Peyk Mükafatı Ən Yaxşı Kostyum Dizaynı Anais Romand Namizəd

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • İv Sen Loranın qocalığını aktyor Helmut Bergerin oynamasına baxmayaraq, onun səslənməsini Qaspar Ulliel öz üzərinə götürmüşdü.
  • Rejissor Bertran Bonello filmdə iki rol ifa etmişdir — onlardan biri YSL reklamının fotoqrafı (lakin burada onun yalnız səsi eşidilir), digəri isə, filmin sonunda jurnalist qismində.
  • On nominasiya ilə, Sen Loran filmi Fransanın "Sezar" film mükafatının favoritlərindən biri olmuşdur. Qaspar Ulliel burada "Ən yaxşı kişi aktyoru", Lui Qarrel və Jeremi Renye "İkincidərəcəli ən yaxşı aktyor", Bertren Bonello isə "Ən yaxşı rejissor" kateqoriyaları üzrə mükafatlar almışdılar. Bundan başqa, film "ən yaxşı film", "ən yaxşı səs", "ən yaxşı operator işi", "ən yaxşı montaj", "ən yaxşı kostyum" və "ən yaxşı səhnə obrazı" kateqoriyaları üzrə başqa kinofestivallarda bir çox mükafatlara nominasiya olmuşdu.
  • Filmin əldə etdiyi gəlir o qədər də yüksək deyildi: Sezar mükafatında Anays Roman yalnız ən yaxşı geyim mükafatını əldə etmişdir.
  1. "Saint Laurent". Cannes. 2014-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2015.
  2. "Saint Laurent". JP's Box-Office. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2015.
  3. http://filmspot.pt/filme/saint-laurent-221667/.
  4. http://www.imdb.com/title/tt2707848/.
  5. Diderich, Joelle. "Yves Saint Laurent Biopic Wins Pierre Bergé's Approval". WWD. 10 January 2014. 11 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  6. "Saint Laurent". unifrance.org. 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  7. 1 2 "« Saint Laurent » de Bertrand Bonello". Elle. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  8. 1 2 "2014 Official Selection". Cannes. 2014-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  9. "Oscars: France Selects 'Saint Laurent' for Foreign-Language Category". Hollywood Reporter. 2014-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  10. "César 2015 : les nominations". AlloCiné. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  11. "L'académie des lumières : les nominés 2015 (l'année 2014)". Académie des Lumières. 2016-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2015.
  12. "'Timbuktu' Sweeps France's Lumieres Awards". Variety. 31 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2015.
  13. "Yves Saint Laurent : la sortie du biopic avec Gaspard Ulliel repoussée alors que le film avec Pierre Niney cartonne ! Peur de la compétition ?" (fransız). 2014-01-08. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  14. Louis Ritot. "Boycotté par Pierre Bergé, le film "Saint-Laurent" sélectionné à Cannes" (fransız). 2014-04-17. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  15. "Luchino Visconti's Conversation Piece" (ingilis). 2012-03-21. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  16. "Bertrand Bonello : "Helmut Berger was the perfect actor"". 2014-05-17. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  17. "La sortie de "Saint Laurent" de Bertrand Bonello repoussée !". AlloCiné. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2014.
  18. "CANNES: Sony Pictures Classics Nabs Bertrand Bonello's 'Saint-Laurent' (EXCLUSIVE)". Variety. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  19. "NYFF52 Main Slate". NYFF. 2015-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.
  20. "Saint Laurent: critiques presse" (fransız). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  21. Jean-François Rauger. "« Saint Laurent » : YSL, une vie d'absences et d'ellipses" (fransız). 2014-09-23. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  22. Alain Spira. ""Saint Laurent": Plate Couture" (fransız). 2014-09-23. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  23. Michael Meier. "Der Modeschöpfer im Drogenrausch" (alman). 2014-10-09. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]