Senhime

Senhime (千姫?, 26 may 1597, Yaponiya11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı.[1] Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər.[1]

Senhime
yap. 千姫
Doğum tarixi 26 may 1597(1597-05-26)
Doğum yeri
Vəfat tarixi 11 mart 1666(1666-03-11) (68 yaşında)
Həyat yoldaşları
  • Toyotomi Hideyori[d],
  • Honda Tadatoki[d]
Atası Tokuqava Hidetada[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Senhime 1597-ci ildə doğulmuşdur.[1] 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir.[1] İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü.[2] Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir.[2]

Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir.[2] Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir.[2] Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir.[2]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır.[2] Ən məşhur rəvayətə görə Sakazaki Naomori onu Osaka qəsrindəki yanğından xilas edərək onunla evlənmək istəmiş və onu qaçırmağa cəhd etmişdir.[2] Hətta Senhimenin Honda ilə evliliyinə qarışmışdır.[2] Bəzi hekayələr Senhimeni acgöz, kişiləri yoldan çıxaran gənc dul kimi təqdim edir.[2] Takeşiba Kenci onun həyatından bəhs edən "Yoşida qoten maneku furisode" (1891) adlı kabuki tamaşası yazmışdır.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 64–65. ISBN 0-87011-627-4. İstifadə tarixi: 2 yanvar 2023.