Senqanmori dağı

Senqanmori (千貫森?)Yaponiyanın Fukuşima şəhərində yerləşən dağ. Tez-tez baş verən UNO müşahidə hallarına görə tanınır. Dağın yaxınlığında İino UNO Muzeyi yerləşir.[1]

Senqanmori dağı
Ümumi məlumatlar
Dağ silsiləsi Abukuma dağları[d]
Mütləq hündürlüyü 462,3 m
Yerləşməsi
37°41′22″ şm. e. 140°32′07″ ş. u.
Ölkə
Senqanmori dağı xəritədə
Senqanmori dağı
Senqanmori dağı

Senqanmori dağı konus formasında olub 462 metr hündürlüyündədir. Abukuma silsiləsinə aiddir. 2008-ci ilə qədər mövcud olmuş İino qəsəbəsinin simvollarından biri hesab olunmuşdur.[2] 22 mart 1996-cı ildə dağ "mənzərəli gözəlliyinə görə" xüsusi yer statusu almışdır.[3]

UNO müşahidələri

[redaktə | mənbəni redaktə et]

Şəhər əfsanələrinə görə Senqanmori güclü maqnit sahəsinə malik olduğu üçün uçan naməlum obyektləri özünə çəkir. Dağın ətrafında balina, moai və digər qəribə formalarda olan böyük qayalara rast gəlinir.[1] Bu daşların yadplanetlilər üçün yol göstəricisi rolu oynadığına inanılır.[4] Dağ piramida formasında olduğu üçün yadplanetlilər tərəfindən tikilmiş antik piramida olduğu və dağın altında yadplanetlilərin bazası yerləşdiyi iddia olunur.[2]

Senqanmori dağının 30–40 kilometrlik radiusunda bir çox UNO müşahidə halları qeydə alınmışdır. İlk belə müşahidə halı 1972-ci ildə baş vermişdir. 25 yaşlı Kinoşita Tsuqio həmin ilin yayında üç dostu ilə dağ ərazisində gəzərkən UNO görmüşdür:[1]

" Biz zirvədən 10-15 dəqiqəlik uzaqlıqda idik. Mən irəliləyərkən qəfildən göyə baxdım və havadan asılmış papaq formasında obyekt gördüm. Obyekt bir yenlik sikkənin oksidləşmiş gümüşü rəngində və 30 santimetr uzunluğunda idi. Dördümüz də 30 saniyəliyə təəccüb içində obyektə baxdıq. Obyektə daha hündür yerdən tamaşa etmək üçün zirvəyə çatmağa tələsdik, lakin növbəti dəfə baxanda artıq yoxa çıxmışdı. "

Tsuqio bu hadisədən təsirlənərək həyatının qalan hissəsini UNO-ları araşdırmağa həsr etmiş, 1993–2010-cu illərdə İino UNO Muzeyinin direktoru olmuşdur.[1]

  1. 1 2 3 4 "Watching the Skies in Japan: Mishima Yukio and Other UFO Enthusiasts". Nippon.com (ingiliscə). 24 iyun 2020. 30 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2024.
  2. 1 2 "UFO sightings put rural Japanese community on the intergalactic map". The Japan Times (ingiliscə). 21 mart 2023. 28 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2024.
  3. "福島市の文化財 -【市指定】 千貫森-". Fukuşima şəhərinin rəsmi saytı (yaponca). 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2024.
  4. "The Japanese mountain that is a magnet for UFOs: Remote village says it is a 'home to aliens' after repeated mysterious sightings over four decades". Daily Mail Online (ingiliscə). 25 mart 2023. 1 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]