Separatçı kababçılar

Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur.[1][2][3][4]

Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır.[5][6][7] Çıxış belədir:

" Yumurta, ət, süd, pendir qiymətlərinin artmasından, vicdani olmayan yüksək qiymətli məhsul satışlarından səmimi olaraq zarıyanlara haqq qazandırır, bir şey demirəm. Fürsətçilərin arxasına düşülüb. Vətəndaşın cibinə göz dikən talançılar da bundan cavabdehdir. Dəstəkləyirik, sonuna qədər gedilməsini istəyirik. Fəqət vətəndaşlarımızın səylərini istismar edib birəni dəvəyə çevirənlərə də terrorun kədərli qiymətini xatırlatmaq vəzifəmizdir. Terrora yardım və yaltaqlıq edən separatçı kababçıların işsizlikdə payı var. "

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir.[8] CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır".[9] Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.[4]

  1. "Bahçeli: Teröre yardım ve yataklık yapan bölücü kebapçıların işsizlikte payı vardır". gazeteduvar (türk). 2021-05-10. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  2. "Kim bu bölücü kebapçılar?". www.gercekgundem.com (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  3. "Bahçeli söyledi, Türkiye harıl harıl araştırıyor: Kim bu bölücü kebapçılar ?". haber3 (türk). 2021-05-10. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  4. 1 2 "Bahçeli'nin 'bölücü kebapçılar' çıkışı Twitter gündeminde: Sürpriz bir iç mihrak". Diken (ingilis). 2021-10-05. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  5. "Bahçeli'nin o sözleri sosyal medyanın gündeminde: 'Bölücü kebapçıların işsizlikte payı var'". www.cumhuriyet.com.tr (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  6. "Terörün faturasını açıklayan Bahçeli: Bölücü kebapçıların işsizlikte payı vardır". Korkusuz Gazetesi (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  7. "Devlet Bahçeli: Bölücü kebapçıların işsizlikte payı var". Halk TV (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  8. "Ahmet Davutoğlu'ndan Bahçeli'ye kebapçı yanıtı: 'Simitçiler ve oto galericiler tedirgin'". www.gercekgundem.com (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  9. "Bahçeli'nin 'bölücü kebapçı' sözlerine CHP'den ilk yanıt". www.cumhuriyet.com.tr (türk). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.