Sergey Lebedev

Sergey Lebedev Alekseyeviç (2. 11. 1902, Nijni Novqorod- 3. 7. 1974, Moskva) — elektrotexnika və hesablama texnikası sahəsində sovet alimi. SSRİ EA akad. (1953), USSR EA akad. (1945). Sosialist Əməyi Qəhrəmanı (1956). Lenin mükafatı laureatı (1966), SSRİ Dövlət mükafatı laureatı (1950, 1969). 1946-cı ildən Sov. İKP üzvü. 1928-ci ildə Moskva Ali Texniki Məktəbini bitirdikdən sonra Ümumittifaq Elektrotexnika İnstitutunda işləmişdir. 1946-1951-ci illərdə USSR ER Elektrotexnika İnstitutuna rəhbərlik etmişdir. 1952-ci ildən Moskva Fizika-Texnika İnstitutunun professoru, 1953-1973-ci illərdə SSRİ EA Dəqiq Mexanika və Hesablama Texnikası İnstitutunun direktoru olmuşdur. Lebedev energetika sistemlərinin dayanıqlıq problemləri üzərində çalışan ilk sovet alimlərindən biri, sinxron maşınların süni dayanıqlıq nəzəriyyəsinin müəllifidir. Lebedevin rəhbərliyi altında ilk sovet rəqəmlə hesablayan elektron maşını, bir sıra digər hesablama maşınların yaradılmışdır. 4 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 2 başqa orden və medallarla təltif olunmuşdur.[1]

Sergey Lebedev Alekseyeviç
rus. Сергей Алексеевич Лебедев
Doğum tarixi
Doğum yeri Nijni Novqorod
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
Elm sahəsi kompüter
Elmi dərəcəsi
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı "Stalin" mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


  1. Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 175.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Сергей Алексеевич Лебедев, создатель советских ЭВМ - передача к 105-летию со дня рождения