Seringer fəvvarəsi (alm. Zähringerbrunnen) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Sitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Seringer fəvvarəsi | |
---|---|
Zähringerbrunnen | |
46°56′53″ şm. e. 7°26′57″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1535 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir[2]. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır.
Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq[3], sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi — qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub[2][4].