Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi[1]) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar,[2][3] qumuqlar,[4] andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər.
Serir | |
---|---|
Paytaxt | Xumrac (Xunzax və ya Gimri) |
İdarəetmə forması | monarxiya |
Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".[5]
Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür.[6]
"Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).[7]
Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü. "Sahib əs-Serir" ərəbcədən "Taxt sahibi" deməkdir; digər izahı fars sözü "ser"dən irəli gəlir ki, o da "baş, dağ zirvəsi" və müvafiq olaraq "dağ ölkəsi" deməkdir.[8]
Dövrümüzə çatan təsvirlərdə Serir dövləti əhalisi sıx olan və çoxsaylı qalalarla yaxşı möhkəmləndirilmişbir ölkə kimi xarakterizə olunur. Paytaxtı "Xumrac" şəhəri idi, hansı ki müasir Xunzax adlı avar kəndi ilə eyniləşdirilir. Görünən odur ki, Semender sahil bölgəsinin şimal hissəsində, sonrakı Tarki (və ya Tarxu) və indiki Petrovsk ətrafında yerləşirdi. Sahilin bu hissəsinə ən yaxın olan Serir dövləti avar xalqının yaşadığı bölgə ilə uyğun gəlir.
Çiçəklənmə dövründə Serir ərazisi müasir Dağıstanın həm dağlıq, həm də dağətəyi hissələrini və onun xaricindəki qonşu torpaqları ehtiva edirdi.[9]
Serir şahı Filan şah adını daşıyırdı və xristian idi. Bəzi tarixçilərin fikirlərinə görə, ərəblər tərəfindən məğlub edilən Sasanilər sülaləsinin son padşahı Yezdəgird Xorasana çəkildi və Bəhram Çubin qəbiləsindən olan əyanını Qafqaz dağlarına göndərdi. Buna görə Serir adlandırılan bölgəni mənimsəyən sonuncu onu nəvələrinə miras olaraq qoydu. Nizami Gəncəvi bu adın mənşəyini oradaki mağaralarda yerləşən Keyxosrovun taxtı və tacına görə təyin edirdi.[10] Digərləri isə ölkənin Serir adlandırılması yerli hökmdarlara verilən qızıl taxta oturmaq hüququ ilə bağlı olduğunu iddia edirlər.
<ref>
teqi; Бакиханов
adlı istinad üçün mətn göstərilməyib