Sestodkimilər

Sestodkimilər (lat. Cestodarıa) — Yastı qurdlar (lat. Plathelminthes) tipinə aid sinifdir.

Sestodkimilər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Haqqında[redaktə | mənbəni redaktə et]

Bu sinfə iki dəstədə birləşmiş bir neçə növ aiddir. Sestodkimilərin nümayəndələri bir çox cəhətdən sestodlara oxşardır və axırıncılarda olduğu kimi onlarda da həzm sistemi yoxdur. Bu səbəbdən də çox vaxt sestodkimiləri yarım sinif kimi Cestoda sinfinə aid edirlər. Halbu ki , sestodkimiləri lentşəkilli qurdlardan fərqləndirən bir sıra əlamətlər vardır . İlk növbədə bu fərq surfənin likoforun quruluşuna aiddir. Bunların sürfələrində lentşəkilli qurdların onkosferində olduğu kimi 6 qarmaqcıq deyil , 10 rüşeym qarmaqcıqı vardır. Lentşəkilli qurdlardan fərqli olaraq likoforun serkomeri çox vaxt ayrılmır, o yetgin ferdlərdə də qalır . Bütün cestodaria-lar buğumsuz quruluşda olub, bir cinsi aparata malikdir. Cinsi sistemi digər yastı qurdlarda olduğu kimi hermofroditdir və çoxlu follikulyar toxumluqlardan və bir ikipaylı yumurtalıqlardan ibarətdir. Sarılıq vəziləri inkişaf etmişdir; balalıq sərbəst dəliklə xaricə açılır . Balalıq yolu vardır .Bütün başqa üzvlər sistemi prinsip etibarilə lentşəkilli qurdlarda olduğu kimi qurulmuşdur. Yastı qurdlar öz mənşələrinə görə ibtidai bağırsaqboşluqluların əcdadları ilə əlaqədardır . Plathelminthes –in əcdad ağacının əsasını şübhəsiz ki , kirpikli qurdlar sinifi təşkil edir. Onların hipotetik planulaşəkilli orqanizmlərdən əmələ gəlməsinin güman edilməsi yuxarıda göstərilmişdir. Qeyd edildiyi kimi, bağırsaqsız türbellarilər ibtidai quruluşa malik olmaları ilə xarakterizə olunur. Yeqin ki, onlar bütün kirpikli qurdlara başlanğıc vermişlər . Lakin [1] Plathelminthes tipi daxilində filogenetik münasibətləri yaxşı başa düşmək üçün düzbağırsaqlı türbellarilər daha böyük maraq kəsb edir. Rhabdocoela - nın quruluşunu sxematik göstərsək o zaman biz sadə duz bağırsaqlı və beyinə malik , 2-6 sinir sütünlu , cüt cinsi vəzili xitinləşmiş kopulyativ aparatı olan bir növün bütün yastı qurdların ümumiləşdirilmiş heyvan şəklində prototipini alırıq . Həmin prototipdən müxtəlif cəhətdən [2] Plathelminthes –in digər dahada ixtisaslaşmış qrupu əmələ gələ bilir. Yəqin ki , parazitlik edən bütün müasir yastı qurdların başlanğıcı düzbağırsaqlı türbellarilərin əcdadları ilə ümumi əlamətlərə malik marfoloji cəhətdən onlara yaxın olan sərbəst yaşayan formalar olmuşdur. Həmin formaların təkamülü uc əsas istiqamətində getmişdir : bir budaq hazır ki , Rhabdocoela başlanğıc vermiş , ikisi isə parazit həyat tərzinə uyğunlaşma yolu ilə getmişdir. Müasir türbellarilər və xüsusilə, düzbağırsaqlılar başqa heyvanlarla müştərək yaşama qabiliyyətinə malikdir. Rhabdocoela-nın elə növləri məlumdur ki, onlar xərçəngkimilərin çıxarıcı kameralarından və ya onların qəlsəmə boşluğundan bir siğınacaq kimi istifadə edirlər. Əsil parazit növləridə vardır ki, bunlarda molyuskalarda, dəniz ulduzlarında, balıqlarda və başqa heyvanlarda yaşayır. Bütün bunlar düzbağırsaqlı türbellarilərin əcdadlarının əlverişli şəraitdə əmələ gəldikdə parazitlik edə bilmələrinin söyləməyə bizə əsas verir. Sərbəst yaşayan heyvanların parazitizmə keçməsi bir neçə yolla ola bilər. Burada müxtəlif tip simbiozluluğun və eləcədə əhəmiyyəti böyükdür. Belə ki bir partyordan biri, daha kiçik ölçüsü ilə fərqlənəni, iri heyvanın bədənində özünə sığınacaq tapır. Belə kirayişinlərdən biri çox ehtimal ki, müasir monogeneylərin türbellarilərəbənzər əcdadları olmuşdur. Balıqların qəlsəmələri, dərisi və üzgəcləri üzərində oturaraq, onlar ilk əvvəl balıqların üzərində oturan xırda onurğasızlarla və ya onların ötüyünün ifraz etdiyi seliklə qidalanmışlar. Qədim monogeneylərin parazitizmə keçməsi, yəqin ki qırğıdaqlı balıqların əmələ gəlməsi ilə əlaqədardır. Ayrı – ayrı hallarda ektoparazitizm sonralardan daxili parazitizmə gətirib çıxara bilər. Məsələn, monogeneylərin çoxu ömrü boyu balıqların qəlsəmələrində yaşayır. Onu da qeyd etmək lazımdır ki, müasir monogeneylərin bəzi növləri balıqların ağız boşluğunda, udlaqda və qida borusunda parazitlik edir. Görünür ki, təkamül gedişində onlar tədricən onlar parazit etdikləri qəlsəmələrdən ağız boşluğundan, həzm sisteminə keçmişlər. Filogenezdə ektoparazitizmdən sahibin bağırsağında parazitlik etməyə keçmənin ağlabatan yoldur . Sestod və sestodkimilərin təkamülü üçün ən xarakterik hal onların quruluşlarının endoparazit həyat tərzi nəticəsində meydana çıxan sadələşmədir. Bu sadələşmə onlarda həzm sisteminin və hiss üzvlərinin tamamilə itməsində və bunun əksinə olaraq cinsi sistemin məhsuldarlığının xeyli artmasında özünü göstərir. Filogenezdə müasir sorucu qurdlar sinfinin əmələ gəlməsi görünür, qismən başqa cür getmişdir. Müasir sorucu qurdların həyat dövrəsi molyuskaların mütləq iştiraki olmadan yerinə yetirilə bilməz. Düz bağırsaqlı türbellarilərə oxşar olan sorucuların sürfələri yəqin suyun dibinə yaxın, daşların altında və yaxud sığınacaq kimi molyuskların çanağında yer tapmışlar. Belə halda onlar asanlıqla molyuskların qəlsəmə boşluğuna düşə bilir və beləliklə orada girayişin olaraq məskən salır. Əlbəttə, sərbəst həyat tərzindən, girayişinliyə bu cür keçid çox ləng keçmiş və sürfələrə xarici mühitlə uzun müddət əlaqə saxlamışdır. Sonralar belə girayişinlər, əvvəllər yəqin ki molyuskalardan asılı olmayarak qidalandığı halda, sonralardan onların qanı ilə qidalanmağa keçə bilmiş və beləliklə parazitizmə uyğunlaşma yoluna qədəm qoymuşlar. Bu cür vəziyyət tədricən parazitləri molyuskların daxilində keçməyə gətirib çıxarmalı idi. Sahibin orqanizmi ilə xarici mühitin elverişsiz təsirlərindən müdafiə olunan parazitlər, həmçinin, daimi qida mənbəyi kimi sahibin toxumaları və şirəsini istifadə edir. Bu sorucu qurdların əcdadlarının təkamülündə onların quruluşunun tədricən və əsaslı sürətdə sadələşməsi və yetkinləşməsinin sürətlənməsini göstərən yeni istiqaməti izah etdi. Əvvəllər öz sahibini tərk edib xarici mühitdə yetgin hala çatan sürfələr daha xaricə çıxmayıb sahibin bədənində inkişaf etməyə başladılar. Göründüyü kimi, sorucu qurdların əcdadlarında hələ uzun müddət sərbəst yaşayan nəsl saxlandığı üçün, həyat dövrəsi heteroqoniya xarakteri aldı .Yuxarı triasda sümüklü balıqların əmələ gəlməsi ilə sorucu qurdların əcdadlarının həyat dövrəsi bir deyil, bu iki sahibin iştiraki ilə yerinə yetirilməyə başlandı. Hermafrodit nəslin parazitizmə bu cür keçməsi onunla izah olunur ki, sərbəst yaşayan yastı qurdlara xas olan quruluşu eyniliklə saxlanmışdır. İki sahibin molyuska və onurğalının iştirakı ilə gedən və qaraciyər sorucusu üçün xas olan həyat dövrəsi tipi kimi baxırlar. Görünür ki, çox sonralar əksər müasir digenetik sorucu qurdlar üçün xarakter olan üç sahibin iştirakı ilə gedən həyat dövrəsi müəyyənləşdirilmişdir. Bu zaman sonuncu sahibə qida kimi yarayan ikinci aralıq sahibin gəlib çıxmasına, sonuncunun yoluxmasını təmin edən uyğunlaşma kimi baxırlar.[3]

Ədəbiyyatı[redaktə | mənbəni redaktə et]

Onurğasızlar zoologiyası . Bakı : ”Maarif “, 1988 . 288 səh ., Dogel.V.A

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Platyhelminthes, Rhabdocoela,". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  2. "ИП ПЛОСКИЕ ЧЕРВИ (PLATHELMINTHES)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  3. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.161