Sev və inan (kitab)

Sev və inanCeylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətlərinin yer aldığı, ümumilikdə 3-cü kitabı.

Sev və inan
Kitabın üz tərəfi
Kitabın üz tərəfi
Müəllif Ceylan Mumoğlu
Mövzu Şəxsi inkişaf və motivasiya
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat XAN
Səhifə 100
ISBN 9080224093201
Elektron versiya

Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb.

Kitab 2020-ci ildə "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının elan etdiyi yay oxu marafonunun oxunacaq kitablar siyahısında yer alıb.[1]

Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu "sevgi" və "inam" kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub.

"Kitabevim.az" kitab mağazaları şəbəkəsində Hədəf Nəşrləri“XAN” nəşriyyatının 2019-cu ilin may ayı ərzində ən çox satılan 15 yerli müəllifin kitablarının siyahısında 12-ci olub.[2]

  1. "Nəşriyyat oxu marafonu elan etdi: Kitab oxu, 1000 manat qazan". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
  2. "Ən çox satılan kitabların siyahısı açıqlandı". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]