Sevaq Balıqçının qətli — erməniəsilli Türkiyə hərbçisi Sevaq Şahin Balıqçının (türk. Sevag Şahin Balıkçı) məcburi hərbi xidməti yerinə yetirən zaman güllələnərək öldürülməsi hadisəsi.[1] Hadisə 24 aprel 2011-ci il tarixində, Erməni soyqırımının anım günündə baş vermişdir.[2][3][4] Hadisəni törədən Kıvanç Ağaoğlu qəsdən adamöldürmə maddəsi ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edilmişdir.[5] Bununla belə, bir neçə şahid ifadələri və hesabları var ki, güllələnmə halı rəsmi məlumatlarda deyildiyi təsadüfi deyil, qəsdən törədilmişdi. Digər məlumatlarda güllələnmənin Balıqçının erməni kimliyinə qarşı nifrət cinayəti olduğu iddia edilir.
Sevaq Balıqçının qətli | |
---|---|
Hücum yeri |
Batman, Türkiyə |
Hücum hədəfi | Sevaq Balıqçı |
Vaxt |
14 aprel 2011 |
Hücum üsulu | güllələmə |
Qatillər | Kıvanç Ağaoğlu |
Sevaq Balıqçı Türkiyənin cənub-şərqində, 23 günlük sıravi əsgər kimi xidmət etdiyi Batmanda açılan atəş nəticəsində öldürülmüşdür. Batmanda xidmət göstərən hərbi komandirlərdən Balıqçı ailəsinə verilən rəsmi hesabatlarda Sevaqın dostu ilə "zarafatlaşarkən" istəmədən öldürüldüyü iddia edilmişdir.[6][7][8] Ailə ilkin məlumatlara inanmış və oğlunun təsadüfən öldüyünə görə "şəhid" sayılmayacağını iddia etmişdir.[9] Sevaqın nişanlısı onunla telefonda apardıqları danışıqlarda Balıqçının ifrat milliyətçi hərbçi(lər) tərəfindən təzyiqə məruz qaldığı haqqında məlumat aldığı üçün bu versiyanı şübhə altına almışdır.[6] Dəfn mərasimi Fəriköy Surp Vartanants erməni kilsəsində baş tutmuşdur. Dəfn mərasimində iştirak edənlər arasında Rakel Dink (qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin həyat yoldaşı), hökumət naziri Əgəmən Bağış, Şişli Bələdiyyə Başçısı Mustafa Sarıgül, yüksək səviyyəli hərbi komandirlər və Adalar Bələdiyyə Başçısı Mustafa Farsaqoğlu kimi digər siyasətçilər də iştirak etmişdir.[6] Sevaq Balıqçı Şişli Erməni qəbiristanlığında dəfn edilmişdir.
2015-ci ilin may ayında Balıqçı ilə bağlı kriminal araşdırma aparılmış və onun hərbi geyimində 41 güllə deşiyi aşkar edilmişdir. Qətl zamanı hərbi komandanlıq ilkin olaraq iki güllə deşiyinin olduğunu bildirmişdir.[10]
Türkiyədə Sevaq Balıqçı işinə həsr olunmuş ədalət təşəbbüsü başladılmışdır.[11][12] Panelin üzvləri arasında Sevaqin anası Ani Balıqçı, həmçinin Arat Dink, Kərəm Qabadayı, Ufuq Uras, Rakel Dink və başqaları var.[11] Təşəbbüs şübhəli Kıvanç Ağaoğlunun azadlığa buraxılması ilə bağlı məhkəmənin qərarına etiraz etmiş və Sevaqın nifrət cinayəti zəminində öldürüldüyünü bəyan etmişdir.[12] Kərəm Qabadayı qeyd etmişdir ki, "bu nifrət cinayəti cəzasız qalsa, Türkiyədəki erməni gəncləri təhdid altında qalacaq".[12]
Title translated from Turkish: Sevag Balikci died from a hate crime.