Şahzadə adaları

Adalar arxipelaqı (Qızıl adalar; türk. Kızıl Adalar, Prens Adaları — "Şahzadə adaları" və ya sadəcə Adalar; yun. Πριγκηπόννησα, Pringeponnesa; q.yun. Πριγκήπων νήσοι, Pringēpōn nēsoi) — adalar qrupuna doqquz ada daxildir. Adalar Mərmərə dənizində İstanbul şəhər sahilindən bir qədər araləda qərarlaşır. İnzibati cəhətdən isə Türkiyənin İstanbul ilinin Adalar bələdiyyəsi ərazisinə daxildir.

Şahzadə adaları
Adalar
Prens Adaları
İstanbul Adaları
Kızıl Adalar
40°52′49″ şm. e. 29°05′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 16 km²
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 216
Poçt indeksi 349
Digər
adalar.gov.tr
Xəritəni göstər/gizlə
Şahzadə adaları xəritədə
Şahzadə adaları
Şahzadə adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ada
Xınalıada, Burqazada, Qaşıqada, Heybəliada
Kosmosdan çəkilən şəkil

Adalar arxipekaqına daxil olan adalar:

Böyükada (türk. Büyükada) — adından göründüyü kimi arxipelaqın ən iri adasıdır. Yunsnlar adanı Prinkilos (yun. Πρίγκηπος, Prínkēpos — "şahzadə") adlandırırlar. Adanın sahəsi 5,36 km² təşkil edir.

Heybəliada (türk. Heybeliada) — çağdaş dilimizdə "torbalı ada", yunanlar isə Xalki (yun. Χάλκη, Chalki) adlandırırlar. Adanın sahəsi 2,4 km² təşkil edir.

Burqazada (türk. Burgazada) — yunanlar adanı (yun. Αντιγόνη, Antigoni adlandırır. Adanın sahəsi 1,5 km² təşkil edir.

Xınalıada (türk. Kınalıada) — yunanlar adanı Protki (yun. Πρώτη, Proti adlandırır. Tərcümədə isə "birinci" mənasını verir. Səbəb isə Stanbula ən yaxın olanı olmasıdır. Adanın sahəsi 1,3 km²-dir.

Sədəf adası (türk. Sedefadası — yunanlar adanı Terevintos adlandırırlar (yun. Τερέβινθος, Terebinthos). Adanın sahəsi 0,157 km²-dir.

Yassıada (türk. Yassıada) — yunanlar adanı Plati (yun. Πλάτη, Plati) adlandırır. Adanın sahəsi 0,05 km²-dir

Sivriada (türk. Sivriada — yunanlar adanı Okesiya (yun. Οξειά, Oxeia) adlandırır. Adanın sahəsi 0,05 km²-dir

Qaşıq adası (türk. Kaşıkadası — yunanca da ada öz dillərində bu sözün qarşılığı (yun. Πίτα, Pita) işlənir. Adanın sahəsi 0,006 km²-dir.

Dovşan adası (türk. Tavşanadası) — yunanlar adanı Neandros (yun. Νέανδρος, Neandros) adlandırır. Adanın sahəsi 0,004 km² təşkil edir.

Bizans imperiyası dönəmində adalarda şahzadələr və imperiratorun yaxınları adada saxlanılırdı. 1302-ci ildə türklərin Yalova şəhərini tutması ilə yunanların adaya axını artmışdır. Afaların özü isə Osmanlı imperiyası tərərindən 1453-cü ildə ələ keçirilir.[1] Sonrakı donəmlərdə isə osmanlı şahzadələri və sultanın qohumları adalarda yerləşdirilirfi. Şahzadə adaları adıda buradan yaranmışdır. XIX əsrdə ada varlı yunan, erməni və yahudilərin əsas istirahət yerinə çevrilir. Türk kspitalının adalara axını ilə bura çoxlu sayda türk gəlmişdir. Adada hazırda yunan və yahudilər belə yaşayır.

1912-ci ildə adalarda 10 250 yunan və 670 türk[2] yaşayırdı. Türklər əsasən Heybəliadada yaşayırdılar.[3] Xınalıadada ermənilər, Böyükadada yahudilər və livanlılar yaşayırdı. 2011-ci il məlumatına görə adalarda 13 883 nəfər[4] yaşayır.

Yay aylarında adalar İstanbuldan bura bir günlük səfərlər təşkil edilor. Adalara bərələrlə də getmək mümkündür. Bərələr əsasən arxipelaqın dörd iri adasına yan adırlar:Xınalıada, Böyükada, Heybəliada və Buqazada. Bərə daşımalarını Istanbul Seabuses (İDO) şirkəti həyata keçirir. Bu işlərə İstanbul bələdiyəsi baxır

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Adada məşhur türk yazıçısı Səid Faiq Abasıyanik və türk futbolunun əfsanəsi Lefter Kyuçkandonyadis yaşamışdır.

  1. "Shahnish.com — Prince's Islands". 2015-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. George Sotiriadis, An Ethnological Map Illustting Hellenism in the Balkan Peninsula and Asia Minor, 1918
  3. "A tranquil destination away from hectic Istanbul: The Princes' Islands — Daily Sabah". 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  4. "TÜRKİYE İSTATİSTİK KURUMU". 2013-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2012.