Sevastopolun mühasirəsi (rəsm əsəri)

Sevastopol mühasirəsi (rus. Панорама Оборона Севастополя ) - 1901-1904-cü illər ərzində fransız əsilli rus rəssamı Frans Rubo tərəfindən çəkilmiş rəsm əsəri. Tablo Panorama rəssamlığının ən mühüm nümunələrindən biri hesab olunur və əsərdə 1854-1855-ci illərdə Krım yarımadasının Sevastopol şəhəri yaxınlığında baş vermiş qanlı döyüş təsvir edilmişdir.

Sevastopol mühasirəsi
Панорама Оборона Севастополя
Rəssam Frans Rubo
Tarixi 1901-1904
Üslubu Panorama rəssamlığı
Ölçüləri 14 ± 1 m × 115 ± 1 m
Materialı yağlı boya[d], kətan[d]
Saxlanıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sevastopol mühasirəsi tablosunda 1854-1855-ci illərdə Rusiya İmperiyası ilə ittifaq dövlətləri arasında Sevastopol şəhəri ətrafında baş vermiş döyüş təsvir olunmuşdur. Rəsm əsəri böyüklüyü səbəbindən dairəvi planda tikilmiş xüsusi pavilyonda sərgilənmişdir. Frans Rubo rəsm əsərinin üzərində 1901-ci ildən etibarən işləməyə başlamış və işlər üç ərzində davam etmişdir. Rəssam, tablonu çəkməmişdən əvvəl Sevastopol şəhərinə gedərək tərəflər arasında döyüşün baş verdiyi əraziləri ziyarət etmiş və döyüşün təsvir olunduğu onlarla hərbi raportlarla tanış olmuşdur. Rubo eyni zamanda müharibədə iştirak etmiş, ancaq sağ qalmış keçmiş döyüşçülərlə də söhbətlər aparmışdır. Əsərin ilk eskizi Sankt-Peterburq şəhərində, rəssamın çalışdığı emalatxanada çəkilmişdir.

Əsərin çəkilməsinə Bavariya Rəssamlıq Akademiyasının mərkəzi emalatxanasında davam etdirilmişdir və rəssam tərəfindən burada 115 metr enində, 14 metr uzunluğunda kətan lövhədən istifadə olunmuşdur. Əsər tamamlandıqdan sonra 1904-cü ildə ilk dəfə olaraq Sevastopol şəhərinin xilas edilməsinin 50-ci il tədbirləri münsasibəti ilə həmin şəhərdə də sərgilənmişdir.[1]

  1. "Sevastopol Panorama". 2014-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.