Frans Rubo (rus. Франц Алексеевич Рубо; fr. Franz Alexeïevitch Roubaud; 5 (17) iyun 1856[1][2], Odessa, Xerson quberniyası – 13 mart 1928[3][4], Münxen[4]) — Fransız əsilli rus rəssam; əsasən batal janrında müharibə təsvirləri yaratmaqla tanınmışdır. Rubo XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiya imperiyasında panoram rəssamlığının əsas nümayəndələrindən hesab olunur. Rəssamın əsərləri əsasən müharibə və şəhər təsvirlərindən ibarətdir ki, bu baxımından 1813-cü ildə Rusiya imperiyası və Qacarlar arasında baş vermiş Lənkəran döyüşünün təsvir edildiyi eyni adlı tablonu misal göstərmək olar.
Frans Rubo | |
---|---|
rus. Франц Алексеевич Рубо | |
Doğum tarixi | |
Doğum yeri | Odessa, Rusiya imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Münhen, V Respublikası |
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Vətəndaşlığı | Rusiya |
Fəaliyyəti | rəssam, universitet müəllimi[d], rəssam-sulu boyaçı |
Təhsili | Odessa və Münhen |
Janr | Batal janrı |
Tələbələri | Mixail Avilov (rəssam) |
Vikianbarda əlaqəli mediafayllar |
Frans Rubo 1856-cı ilin 15 iyun tarixində Rusiya imperiyasının Odessa şəhərində əslən fransız-katolik olan ailədə anadan olmuşdur. Atası Alex Rubo, anası Madelin Seneq olan Frans ilk rəssamlıq təhsilini anadan olduğu Odessa şəhərində yerləşən Rəssamlar Akademiyasında almışdır. Rubo ailəsinin kökü Fransanın cənubunda yerləşən Marsel şəhərindən idi və Alex Rubo, Odessaya gəlməmişdən əvvəl, Marseldə kitab satışı ilə məşğul olmuşdur.[5] Rubo Odessa Rəssamlıq Akademiyasında ilkin təhsilini başa vurduqdan sonra Almaniyanın cənubunda yerləşən Münhen şəhərinə yollanmış və 1877-ci ildən etibarən Münhen Rəssamlıq Akademiyasında təhsil almağa başlamışdır.[6]
Rəssamlıq üzrə dövrünün iki tanınmış akademiyasında təhsil alıqdan sonra Rubo, yenidən Rusiya imperiyasına qayıdır və Sankt-Peterburq şəhərində yerləşən, eyni adlı İmperiyal Rəssamlıq Akademiyasında panoram və müharibə rəsimləri çəkməyə başlayır. 1904-1912-ci illərdə şəhərin Rəssamlıq Akademiyasında professor olaraq gənc rəssamlara dərs vermişdir. Fəaliyyətinin bu dövründə, rəssam 1854-1855-ci illərdə baş vermiş Sevastopol mühasirəsindən bəhs edən eyni adlı tablosunu yaratmışdır.
XIX əsrin ortalarından etibarən panoram rəssamlığı geniş ərazilərin və müharibə səhnələrinin təsvir olunmasında rəssamlar tərəfindən əsas müraciət olunan janr hesab olunurdu. Panorama rəssamlığının ilkin nümunələrinə hələ XVIII əsrin sonlarında rast gəlinməkdədir. İrland rəssamı Robert Barker ilk dəfə 1787-ci ildə 360 dərəcəlik rəsm əsəri çəkməklə ilk panoram rəsm əsərini yaratmışdır. Panorama tablolar öz genişliyi və müxtəlif hadisələrin eyni andaki təsvirləri ilə digər növ tablolardan fərqlənirdi və belə xüsusiyyətlər XIX əsr Avropasında izləyicilər tərəfindən böyük həyəcanla qarşılanmışdır.
Panorama rəssamlığı fərqli illüziya yaradıb, izləyicilərin özlərini hadisələrin içində hiss etməyə əsas verirdi. Bu baxımından Frans Rubo tərəfindən çəkilmiş və əsasən müharibə və döyüş səhnələrin təsvir olunduğu panoramik tabloları misal göstərmək mümkündür. Tənqidçilər 360 dərəcəlik formada çəkilmiş bir tablonun, düz qarşısında dayanmağın izləyicilərdə tam fərqli hisslər yaratdığını ifadə etmişdilər.[7]
Rubo, rəssamlıq dünyasında əsasən nəhəng panoramik rəsmləri ilə tanınmışdır. Rəssamın əsərləri o qədər böyük olmuşdur ki, onların sərgilənməsi üçün bəzən xüsusi hazırlanmış pavilyonlara ehtiyac olurdu. Rubonun təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan və batal janrı olaraq adlandırılan əsərlərinin bir digər xüsusiyyəti izləyicinin tablonun mərkəzində durması ilə bağlıdır.
Belə ki, tablonun mərkəzində dayanmış izləyici hərəkət etdikcə, elə hiss edir ki, tablodakı təsvirlərdə onunla birlikdə hərəkət edir və beləliklə əsəri müxtəlif baxış bucaqlarından müşahidə etmək imkanı qazanır. Fransız əsilli rus rəssam Panorama rəssamlığının əsas nümayəndələrindən biri hesab olunur.
Frans Rubo 1913-cü ildə yaşadığı Sankt-Peterburq şəhərini tərk edərək Münhen şəhərinə gedərək, ömrünün sonuna qədər burada yaşadı. Rəssam 1928-ci ilin 13 mart tarixində, 71 yaşında Münhen şəhərində vəfat etmişdir.[8][9]
Sevastopol mühasirəsi tablosunda 1854-1855-ci illərdə Rusiya İmperiyası ilə ittifaq dövlətləri arasında Sevastopol şəhəri ətrafında baş vermiş döyüş təsvir olunmuşdur. Rəsm əsəri böyüklüyü səbəbindən dairəvi planda tikilmiş xüsusi pavilyonda sərgilənmişdir. Frans Rubo rəsm əsərinin üzərində 1901-ci ildən etibarən işləməyə başlamış və işlər üç ərzində davam etmişdir. Rəssam, tablonu çəkməmişdən əvvəl Sevastopol şəhərinə gedərək tərəflər arasında döyüşün baş verdiyi əraziləri ziyarət etmiş və döyüşün təsvir olunduğu onlarla hərbi raportlarla tanış olmuşdur. Rubo eyni zamanda müharibədə iştirak etmiş, ancaq sağ qalmış keçmiş döyüşçülərlə də söhbətlər aparmışdır. Əsərin ilk eskizi Sankt-Peterburq şəhərində, rəssamın çalışdığı emalatxanada çəkilmişdir.
Əsərin çəkilməsinə Bavariya Rəssamlıq Akademiyasının mərkəzi emalatxanasında davam etdirilmişdir və rəssam tərəfindən burada 115 metr enində, 14 metr uzunluğunda kətan lövhədən istifadə olunmuşdur. Əsər tamamlandıqdan sonra 1904-cü ildə ilk dəfə olaraq Sevastopol şəhərinin xilas edilməsinin 50-ci il tədbirləri münsasibəti ilə həmin şəhərdə də sərgilənmişdir.[11]