Sevda İbrahimova

Sevda Mirzə qızı İbrahimova (28 noyabr 1939, Bakı17 iyul 2022[1]) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor (1994).

Sevda İbrahimova
Ümumi məlumatlar
Doğum tarixi 28 noyabr 1939(1939-11-28)
Doğum yeri
Vəfat tarixi 17 iyul 2022(2022-07-17)[1] (82 yaşında)
Atası Mirzə İbrahimov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989

Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib[2].

S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olmuşdur.

Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat etmişdir.[3][4]

Operalar
Vokal əsərləri
  • solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990) — M.Dilbazi və M.İbrahimovun sözlərinə
  • səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997) — H.Ziyanın sözlərinə
  • "Əbədi yurdum" vokal silsiləsi (1999) — B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin sözlərinə
  • mahnı və romanslar (1990 – 2001) — Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə
İnstrumental əsərləri
  • Orqan və simli orkestr üçün Konsert (1990)
  • Qoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991)[9]
  • Skripka və kamera orkestri üçün musiqi (1992)
  • Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993)
  • 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994)
  • "Gənc pianoçuya" pyeslər silsiləsi (1994)
  • Piano üçün pyeslər (1995)
  • 2 piano üçün pyeslər (1996)
  • 2 piano üçün silsilə pyeslər (1997)
  • Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999)
  • Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000)
  • Piano üçün pyeslər (1999 – 2001)
  • Simli orkestr üçün "Vətən düşüncələri" (2001)[10]
  1. 1 2 https://vesti.az/kulutura/umerla-narodnaya-artistka-sevda-ibragimova-467717.
  2. Октай Абаскулиев — Кафедра "Методики и специальной педагогической подготовки" БМА им. У. Гаджибейли Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı
  3. "Sevda İbrahimova vəfat edib". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  4. APA TV. "Xalq yazıçısı Mirzə İbrahimovun qızı vəfat etdi" (az.). Youtube.com. 18.07.2022. İstifadə tarixi: 2022-07-18.
  5. Лейла Багир кызы Мамедова. Замечательный музыкант, чуткий педагог и удивительный человек Arxivləşdirilib 2022-03-02 at the Wayback Machine. Журнал HARMONY
  6. "Sevda İbrahimova". 2016-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-26.
  7. Зулейха Байрамова. Детские оперы и балеты азербайджанских композиторов Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine. Журнал HARMONY.
  8. "Bakı Musiqi Akademiyası - Sevda Mirzə qızı İbrahimova". 2013-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  9. AzərTAc. "Bu gün bəstəkar Sevda İbrahimovanın anadan olmasından 85 il ötür" (az.). AzərTAc. 28.11.2024. İstifadə tarixi: 2024-12-01.
  10. "Azərbaycan bəstəkarları və musiqişünasları — Sevda Mirzə qızı İbrahimova". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]