Sevda Cəfərova

Cəfərova Sevda Şirin qızı (27 mart 1965, Bakı) — Həkim-pediatr, reanimatoloq, neontaloq. Tibb elmləri üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan üzrə regional tibbi kuratoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Uşaq və yeniyetmələrin inkişafı və ölüm hadisələrinin araşdırılması" üzrə komissiyasının üzvü. Referans qrup "Leyla Medical Center"in Tibbi Direktoru, Direktorlar şurasının üzvü.

Sevda Cəfərova
Sevda Şirin qızı Cəfərova (cropped).jpg
Doğum tarixi 27 mart 1965(1965-03-27) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elm sahələri pediatriya, reanimatologiya, Neontalogiya, tibb
Elmi dərəcələri
İş yeri
  • Leyla Şıxlinskayanın Klinikası[d]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Sevda Cəfərova 27 mart 1965-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, oranı da fərqlənmə diplomu ilə başa vurub. Təhsilini 1988-1990-cı illərdə Rusiya Elmlər Akademiyasının Perinatoloji İnstitutunda Neonatologiya, Klinik ordinatura fakültəsində davam etdirib. 1994-1997-ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda doktorantura üzrə namizəd olub və uğurla doktorant adını alıb.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı və 1 nəvəsi var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1985-1987-ci illərdə Bakı Təcili Tibbi Yardım Xəstəxanasında İntensiv Əməliyyat Blokunda Əməliyyat tibb bacısı kimi başlayıb. 1988-1990-cı illərdə Rusiyaya köçərək, Mərkəzi Perinatologiya İnstitutunun Reanimasiya şöbəsində Klinik ordinator kimi fəaliyyət göstərib.

1990-1992-ci illərdə Bakı Baş Səhiyyə İdarəsində Uşaq və yeniyetmələrin sağlamlığı üzrə inspektor təyin edilib. 1992-1994-cü illərdə Respublika Uşaq Kliniki Xəstəxanasının Reanimasiya şöbəsində Reanimatoloq kimi çalışıb. 1994-1997-cü illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Doktorantura üzrə namizəd (PhD təhsili) olub. Və 1999-cu ilə qədər həmin İnstitutun Yenidoğulmuşların reanimasiyası şöbəsində Reanimatoloq, böyük elmi işçi kimi çalışıb.

Daha sonra 1998-2004-cü illərdə özəl tibb müəssisəsi sferasına keçmiş, "MediClub" Təcili Tibbi Yardım Xidmətində Baş pediatr kimi fəaliyyətə başlayıb. Eyni zamanda "Leyla Şıxlinskaya" Özəl Mamalıq-ginekologiya Klinikasında Neonatologiya şöbəsinin müdiri də olub.

Daha sonra 2017-2018-ci illərdə "MediClub" Təcili Tibbi Yardım Xidmətinin Baş direktoru təyin edilib.

2018-ci ildə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Korpotativ şöbə üzrə baş məsləhətçisi olub.

2019-cu ilin mart ayından isə Referans qrup "Leyla Medical Center"i Tibbi direktoru və Direktorlar Şurasının üzvüdür.

Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilir.

Beynəlxalq təhsil və sertifikatları[redaktə | mənbəni redaktə et]

Sevda Cəfərova dünyanın bir çox ölkələrində keçirilən tibb yönümlü, Beynəlxalq əhəmiyyətli konqreslərdə çıxış edərək, Azərbaycanı uğurla təmsil etmiş və müxtəlif beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür.

İlk dəfə 1996-cı ildə Qazaxıstanın Almatı şəhərində keçirilən "Beynəlxalq İştiraklı Mərkəzi Asiya və Türkiyə Pediatrlarının III Regional Konqresi"ndə, Tehranda keçirilən "Pediatrların Beynəlxalq Konqresi"ndə, 1997-ci ildə "Beynəlxalq iştiraklı Türkdilli Ölkələrin Pediatriya Cəmiyyətlərinin IV Regional Konqresi"ndə, 2000-ci ildə Avstriyanın Slazburq şəhərində "Uşaqlara Qabaqcıl Həyat Dəstəyi" kursunda, 2001-ci ildə Moskvada Pediatrların IX Konqresində, 2002-ci ildə İsrailin Hayfa şəhərində "Erkən uşaqlıq dövründə Neyro-psixiatrik problemlər" Təlim kursunda aktiv iştirak edərək beynəlxalq dərəcəli diplom və sertifikatlara layiq görülüb.

Mükafatları[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.[2]

2017-ci ildə ABŞ Xarici İşlər Nazirliyinin SABİT səhiyyə proqramında təlimçi olaraq iştirak etdiyinə görə fəxri fərmanla mükafatlandırılıb.

Beynəlxalq dərəcəli Təlimçi[redaktə | mənbəni redaktə et]

Sevda Cəfərova 2010-cu ildən sonra isə Beynəlxalq tədbirlərin təlimçisi kimi fəaliyyətə başlayıb. İlk dəfə 2010-2012-ci illərdə Böyük Britaniyanın Edinburq şəhərində “MIMMS Təbii Fəlakətlərin İdarəedilməsi Sistemi”ndə, 2013-cü ildə Milanda “31-ci ESPID simpoziumu”nda, 2016-cı ildə Praqada “EBRD, Liderlik və aksiya, biznesdəki qadınlar üçün maliyyə və məsləhət”, 2017-ci ildə ABŞ-da “SABIT Xəstəxana idarəsi üzrə təcrübə proqramı”nda, 2015-2018-ci illərdə Londonda “İctimai Səhiyyənin Təşkili və İdarə Edilməsi”, 2018-ci ildən isə Səhiyyənin idarə edilməsində liderlik (Master of Science), York St. John Üniversiteti (Böyük Britaniya) və John Kennedy Kolleci (İsveçrə) Beynəlxalq proqramlarda təlimçi kimi fəaliyyət göstərib.

Elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  1. Cəfərova S.Ş. Kəllədaxili qanaxma olan yenidoğulmuşlarda osmoregulyasiya vəziyyəti. Kitab özəti, (Beynəlxalq İştiraklı Mərkəzi Asiya və Türkiyə Pediatrlarının III Regional Konqresi), Almatı, 23-27 Sentyabr, 186-cı səh.
  2. Cəfərova S.Ş. Kəllədaxili qanaxmada yeni doğulmuş uşaqların ağır vəziyyəti üçün bir standart olaraq osmolarite ayrıseçkiliyi (Pediatrların Beynəlxalq Konqresi) 12-17 Oktyabr, 1996, səh. 842, Tehran
  3. Cəfərova S.Ş. Yenidoğulmuşlarda kəllədaxili qanaxmada osmohomeostaziyanın pozğunluqları və onun infuziya ilə düzəliş üsulu, Kitab özəti (Beynəlxalq iştiraklı Türkdilli Ölkələrin Pediatriya Cəmiyyətlərinin IV Regional Konqresi), 21-25 Sentyabr, 1997, Bakı, səh. 122
  4. Cəfərova S.Ş. Kəllədaxili qanaxma olan yenidoğulmuşlarda böyrəklərin osmoregulyasiya funksiyası barədə, Kitab özəti (Beynəlxalq iştiraklı Türkdilli Ölkələrin Pediatriya Cəmiyyətlərinin IV Regional Konqresi), 21-25 Sentyabr, səh. 129
  5. Cəfərova S.Ş. Vaxtından əvvəl yenidoğulanlarda osmohomeostaz vəziyyətinin pozulması . Azərbaycan Tibb Jurnalı, 1997 N 4, səh. 32-35
  6. Cəfərova S.Ş. Kəllədaxili qanaxma olan yenidoğulanlarda infuziya terapiyasının optimallaşdırılması. Kitab özəti (Pediatrların Elmi Konfransı). Azərbaycan Respublikası. səh. 30-32
  7. Cəfərova S.Ş. Yeni doğulanlarda ultrasəs üsulu ilə böyrəklərin müayinəsi. Kitab özəti. (Pediatrların Elmi Konfransı). Azərbaycan Respublikası. səh. 32-35
  8. Cəfərova S.Ş. Yeni doğulanlarda perventrikulyar qanaxmanın şiddəti kimi klinik osmometrik və neyrosonoqrafik dəyərlərinin birləşməsi, Azərbaycan Tibb Jurnalı, 1997, N5, səh. 32-35

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tibbi direktorla məsləhət: Cəfərova Sevda Şirin qızı" (az.). MediClub. 2011. 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  2. "Səhiyyə Nazirliyi tibb işçilərini təltif etdi". tibbqazeti.az (az.). Tibb qəzeti. 2016-07-05. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.