Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Mikayılova Sevda Xası qızı (20 yanvar 1953, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı filoloq, şairə.
Sevda Mikayılova | |
---|---|
Sevda Xası qızı Mikayılova | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | şairə, yazıçı |
![]() |
Sevda Mikayılova 20 yanvar 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Bakının Xəzər rayonundakı 237 saylı məktəbdə ibtidai təhsilini almışdır. 181 saylı məktəbdə orta təhsilini davam etdirmişdir. 1970-ci ildə həmin məktəbi tərifnamə ilə bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər Universitetinin Avropa dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olmuşdur. 1974-cü ildə həmin institutu müvəffəqiyyətlə bitirib, Mingəçevir şəhərinə təyinat almışdı. 1983-cü ildən sinifdən və məktəbdən xarici işlər üzrə direktor müavini işləmişdir. 1990-cı ilə kimi əmək fəaliyyətini davam etdirmiş və Mingəçevir şəhər maarif şöbəsinin Fəxri fərmanına layiq görülmüşdü. 1991-ci ildə Mingəçevirdə Bakı Neft Akademiyasının filialı kimi ali məktədə fəaliyyət göstərmişdir. 1992-ci ildə müstəqil institut kimi fəaliyyətə başlayan Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) xarici dillər kafedrasinda hazırki dövrədək baş müəllim kimi işləyir.
15-dən çox elmi məqaləsi dərc olunmuşdur. Pedaqoji fəaliyyətinə görə Azərbaycan Təhsil Nazirliyinin fəxri diplomunu almışdır.[1]
Övladları: Vüqar Faiq oğlu Vəliyev Mingəçevir Politexnik İnstitutunu bitirmişdir. İqtisadçı-mühəndisdir. Az.İNKO SC-də (səhmdar cəmiyyətində) işləyir. Şəfa Faiq qızı Vəliyeva Azərbaycan Müəllimlər İnstitutunu bitirmişdir. Mingəçevir Turizm Kollecində işləyir. Vəfa Faiq qızı Vəliyeva Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və idarəetmə fakültəsini bitirmişdir. "Caspian fish"in balıq zavodunda işləyir.