Mingəçevir Politexnik İnstitutu

Mingəçevir Politexnik İnstitutu və ya qısaca MPİAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi[1].

Mingəçevir Politexnik İnstitutu
MPİ
Xəritə
40°46′18″ şm. e. 47°03′20″ ş. u.HGYO
Əsası qoyulub 1991
Bağlanıb 2015
Şəhər Bakı
Ölkə
Sayt mpi.edu.az
Mingəçevir Politexnik İnstitutu

İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır.

Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.

İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8  m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur.

Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.[2]

  • Energetika və mexanika
  • İqtisadiyyat və idarəetmə
  • Kompüter elmləri
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Elektroenergetika mühəndisliyi
  • İstilik energetikası mühəndisliyi
  • Maşın mühəndisliyi
  • Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  • Ekologiya mühəndisliyi
  • İqtisadiyyat
  • Sənayenin təşkili və idarə olunması