Sevil (film, 1929)

Bu məqalə "Sevil" filmi (1929) haqqındadır. Digər mənalar üçün Sevil (dəqiqləşdirmə) səhifəsinə baxın.

Sevil — 1929-cu ildə çəkilmiş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[2].

Sevil
Fayl:Sevil (film, 1929).jpg
Janr dram
Rejissor Aleksandr Bek-Nazarov
Əsərin müəllifi Cəfər Cabbarlı
Ssenari müəllifləri Cəfər Cabbarlı
Qriqori Braginski
Baş rollarda İzzət Oruczadə — Sevil
Ağasadıq Gəraybəyli — Balaş
Mustafa Mərdanov — Atakişi (Balaşın atası)
Bella Beletskaya — Ədilə
Cənnət — Gülüş
A.İ. Bəzirganov — Əlibəy
Lətif Səfərov— Gündüz
Rüstəm Kazımov — Rüstəm bəy
Əzizə Məmmədova — dayə
Qasım Zeynalov — Babakişi (Sevilin atası)
Operator İvan Frolov
Rəssam Aleksandr S. Qonçarski
İstehsalçı Azdövlətkinosənaye
İlk baxış tarixi 3 sentyabr 1929[1]
Filmin digər adı Azərbaycan qadını
Filmin növü tammetrajlı bədii film
Müddət 67,5 dəq.
Ölkə SSRİ SSRİ
Dil səssiz (titrlər ruscadır)
Texniki məlumatlar 6 hissə
1914 metr
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID0499565

1919-cu il. Sevil (İzzət Oruczadə) savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın (Ağasadıq Gəraybəyli) buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır. Lakin yeni həyat Sevilin qurtuluş yolu olur. O, müstəqil həyata atılır... Film qadın azadlığı, məhdud dünyagörüşlü meşşanların, nadanların bu azadlığın yolunda əngəl olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən balaşları ifşa edir.

Film Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.

Sənəti aktrisa olmasa da bu film İzzət Oruczadənın kinoda ilk işidir. Həmçinin, İzzət Oruczadə Azərbaycanın ilk milli kinoaktrisalarından biridir.[3]

Film operator Əsgər İsmayılovun kinoda ilk addımıdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Cəfər Cabbarlı
Ssenari müəllifi: Cəfər Cabbarlı, Qriqori Braginski
Rejissor: Aleksandr Bek-Nazarov
Quruluşçu operator: İvan Frolov
Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
İkinci operator: Əsgər İsmayılov
Rejissor assistenti: Qriqori Braginski
İzzət Oruczadə — Sevil
Ağasadıq Gəraybəyli — Balaş
Mustafa Mərdanov — Atakişi (Balaşın atası)
Bella Beletskaya — Ədilə
Cənnət — Gülüş
A.İ.Bəzirganov — Əlibəy
Lətif Səfərov — Gündüz
Rüstəm Kazımov — Rüstəm bəy
Əzizə Məmmədova — dayə
Qasım Zeynalov — Babakişi (Sevilin atası)
  1. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  2. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  3. C.Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, 1960.- səh. 85.
  • Газ. "Кино". 11 декабря 1928 года.
  • Mikayıl Mikayılov. “O bizimlədir” //Ədəbiyyat.- 1935.- 2 yanvar.
  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Məmməd Arif. Mübariz sənətkar. "C.Cabbarlı haqqında xatirələr". Bakı, 1960.- səh. 106.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40.
  • Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Cəfər Cabbarlının arxivi, № 20, Q.26 (818).
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20; 242; 254.
  • Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Zeynalova, A. "İlklərə imza atan xanım" (İ.M. Orucova haqqında) //Təhsil problemləri.- 2015.- 24-30 aprel.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]