Mikayıl Mikayılov (rejissor)

Mikayıl Yusif oğlu Mikayılov (30 dekabr 1903, Bakı24 iyun 1986[1], Bakı) — Azərbaycanlı kinorejissor və ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Mikayıl Mikayılov
Mikayıl Yusif oğlu Mikayılov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1924–1974
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
IMDb ID3367820

Mikayıl Yusif oğlu Mikayılov 30 dekabr 1903-cü ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə yaşayıb. 1986-cı ildə Bakıda ölmüşdür.[2]

Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlamış çoxlu sayda sənədli — xronika filmləri çəkmişdir. İlk bədii filmini ("Lətif") 1930-cu ildə çəkmişdir. Sonralar "İsmət", "Altıncı hiss", "Mahnı belə yaranır" bədii filmlərinin quruluşçu rejissoru oimuşdur. 30 film çəkmiş, çəkdiyi 10-a yaxın filmin ssenarisini də yazmış, həmçinin, bir neçə filmdə aktyor kimi çəkilmişdir.[3]

Rejissor kimi

  1. Oktyabrın on illiyi (film, 1927) (tammetrajlı sənədli film)
  2. Lətif (film, 1930) (tammetrajlı bədii film)
  3. Tütünçülük (film, 1930) (qısametrajlı sənədli film)
  4. Gözlərinizi qoruyun (film, 1931) (qısametrajlı sənədli film)
  5. Traxoma (film, 1933) (qısametrajlı sənədli film)
  6. I Azərbaycan spartakiadası (film, 1934) (qısametrajlı sənədli film)
  7. İsmət (film, 1934) (tammetrajlı bədii film)
  8. Altıncı hiss (film, 1935) (tammetrajlı bədii film)
  9. Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film)
  10. Qanköçürmə (film, 1938) (qısametrajlı sənədli film)
  11. Hazır ol (film, 1939) (tammetrajlı bədii film)
  12. Şərqin astanasında (film, 1939) (qısametrajlı sənədli film)
  13. İyirminci bahar (film, 1940) (qısametrajlı sənədli film)
  14. Azərbaycan coğrafiyası (film, 1941) (sənədli film)
  15. Sovet pəhləvanı (film, 1942) (qısametrajlı bədii film)
  16. Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film)
  17. Topçubaşovun aparatı (film, 1946) (qısametrajlı sənədli film)
  18. Qaliblər adası (film, 1947) (qısametrajlı sənədli film)
  19. Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film)
  20. 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film)
  21. Bakıda Stalinin olduğu yerlər (film, 1949) (qısametrajlı sənədli film)
  22. Böyük sərkərdə (film, 1949) (qısametrajlı sənədli film)
  23. Lenin yolu ilə (film, 1949) (qısametrajlı sənədli film)
  24. Sağlamlıq mənbəyi (film, 1950) (qısametrajlı sənədli film)
  25. Azərbaycan zeytunu (film, 1951) (qısametrajlı sənədli film)
  26. Respublika stadionu (film, 1951) (qısametrajlı sənədli film)
  27. Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli film)
  28. Azərbaycan atları (film, 1953) (qısametrajlı sənədli film)
  29. Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film)
  30. Nizami (film, 1959) (qısametrajlı sənədli film)

Ssenarist kimi

  1. Oktyabrın on illiyi (film, 1927) (tammetrajlı sənədli film)
  2. Lətif (film, 1930) (tammetrajlı bədii film)
  3. Gözlərinizi qoruyun (film, 1931) (qısametrajlı sənədli film)
  4. Traxoma (film, 1933) (qısametrajlı sənədli film)
  5. İsmət (film, 1934) (tammetrajlı bədii film)
  6. Qanköçürmə (film, 1938) (qısametrajlı sənədli film)
  7. Hazır ol (film, 1939) (tammetrajlı bədii film)
  8. Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film)
  9. 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film)
  10. Respublika stadionu (film, 1951) (qısametrajlı sənədli film)
  11. Azərbaycan atları (film, 1953) (qısametrajlı sənədli film)

Aktyor kimi

  1. Vulkan üzərində ev (film, 1929) (tammetrajlı bədii film)
  2. Kəndlilər (film, 1939) (tammetrajlı bədii film) (rol: bəy oğlu)
  3. Bakının işıqları (film, 1950) (tammetrajlı bədii film) (rol: ingilis zabiti)
  4. Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film) (rol: Biçeraxov)
  5. Bakıda küləklər əsir (film, 1974) (tammetrajlı bədii film) (rol: Həsənzadə)
  1. IMDb (ing.). 1990.
  2. "Sovet vaxtında istehsal olunan audiovizual əsərlərin qorunma müddəti necə müəyyənləşdirilir?" (az.). Audiovisual.az. 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
  3. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.