Sevil Xıdırlı

Sevil Xıdırlı — aşıq.

Sevil Xıdırlı
Doğum tarixi (50 yaş)
Doğum yeri Yevlax, Azərbaycan SSR

Həyatı[redaktə | mənbəni redaktə et]

Sevil Xıdırlı 1973-cü ildə Yevlaxda doğulub. Orta təhsilini doğma Tanrıqulular kəndində alıb. 1991-1994-cü illərdə təhsil aldığı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumdan məzun olduqdan sonra Tanrıqulular kəndində sinif müəllimi olaraq çalışıb, həmçinin kəndin mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Saz kursu"nda dərs keçib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1998-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Gənc istedadların Aşıq Şəmşir adına Ozan müsabiqəsi"ndə də öz yetirmələri ilə iştirak edib və fəxri yer tutub. 2007-ci ilin avqustunda Türkiyədə (Ankara) keçirilən "Türk Dünyası Şair və Aşıqlar Festivalı"nda, həmin ilin sentyabrında Qaracaoğlan Şeir Şölənində (Mersin/Tarsus), 2008-ci ilin yanvarında "İpək Yolu Ödül Törənində" (İstanbul), "Uluslararası Şairlər və Aşıqlar Buluşması"nda (Konya), yenə həmin il (iyun ayında) "Aşıq və Şairlər Yarışması"nda (Bursa/Yıldırım), 2009-cu ildə "Azərbaycan Musiqi Gecəsi"ndə (İstanbul), yenə 2009-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa), 2009-cu il "Aşıqlar Bayramı"nda (Sivas), 2010-cu ilin martında Sənətçilərin Böyük Konsertində (Tehran), 2010-cu ilin may ayında "Qaracaoğlan Gecəsi"ndə, yenə 2010-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa) iştirak edib, diplomlarla, ödüllərlə təltif olunub.

2002-ci ildən "Aşıq Pəri" məclisinin üzvü, həmin ildən 2008-ci ilədək Aşıqlar Birliyi Mingəçevir bölməsinin sədri olub. Mingəçevir, Yevlax, Gəncə, ŞəmkirGədəbəydə keçirilən dövlət tədbirlərində səhnə alıb, habelə Qazaxıstanda (Karaqanda və Temirtau) Azərbaycan diaspor nümayəndələri qarşısında çıxışlar edib. Onun Samirə (Nağıyeva), Məhəbbət, Lamiyə, Heyran (Ağamalıyeva), Ziyadxan, Samir (Allahverdiyev), Şahbaz (Abdullayev) kimi yetirmələri respublika səviyyəli sənət yarışmalarında fəxri yerlər tutub. 2009-cu ildə Samir (Allahverdiyev) və Şahbaz (Abdullayev) IV Respublika Aşıq Müsabiqəsində ardıcıl olaraq ilk iki yerə layiq görülüb.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan Aşıqlar Birliyi

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]