Sevinc Qasımova — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdirinin müavini.[1][2]
Sevinc Qasımova, 1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru və dosentdir.[2]
Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1982–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[1]
1999-cu ildə "Mirzə Kazımbəyin tarixi baxışları" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
65 elmi məqalənin, 10 tədris proqramının müəllifidir. 2 dərs vəsaiti, 1 metodik vəsaiti və 1 monoqrafiyası vardır.
Sevinc Qasımovanın əsas tədqiqat sahəsi Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı və Mirzə Kazım bəyin həyatı və yaradıcılığıdir.
1994-cü ildən BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır."Azərbaycan tarixinin mənbəşünaslığı", "Azərbaycan tarixinin tarixşünaslığı", "Tarixi biliyin elmə çevrilməsi", "1920–1930-cu illərdə Azərbaycanda antisovet çıxışlar", "Azərbaycanda kapitalizmin genezəsi və onun xüsusiyyətləri", "Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı, Mirzə Kazımbəy tarixli görüşləri" üzrə kurslar tədris edir.[1]
- Tarixşünaslıq
- Mənbəşünaslıq
- A. A. Bakıxanov tarixşünaslığın banisi kimi
- M. Kazımbəyin tarix görüşləri
2016-cı ilin 1 – 4 dekabrında "Elmi çalışmalarda Türk elmi həyatına qatqılarına görə Xoca Əhməd Yasəvi mükafatı"na layiq görülüb.[1]
2014-cü ildə Mirzə Kazımbəy:Şərq və Qərb arasında körpü adlı monoqrafiyası nəşr edilmişdir.[1]
65 elmi məqalənin müəllifidir. Onlardan bəziləri bunlardır:
- Babilər hərəkatı. Fərqli baxışlar. Dirçəliş –XXX əsr, 2005. № 11–19
- M. Kazımbəy və onun məktəbi Tarixf və onun problemləri toplusu. Bakı, 2006, № 2.
- Mirzə Kazımbəy Şərq ədəbiyyatı və tarixinin tədqiqatçısıdır. Tarix və onun problemləri. Bakı, 2007, № 3 9əlavə).
- H. Əliyev anadan olmasının 81 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. B., 2008
- Dünya orientalizminin korifeyi"Bakı Дюvlət Universitetinin 90 illik yubileyi mцnasibəti ilə tarix fakцltəsi əməkdaşlarının elmi praktik konfransının materialları. Bakı, 2009
- Uyğurlar haqqında tədqiqat. Bakı Dюvlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Bakı, 2009
- Orxon-Yenisey abidələrinin юyrənilməsi səviyyəsi" "Tцrk dünyası:Dцnəni və bu günya" mövzusunda beynəlxalq elmi konfrans. Bakı, 2011
- Azərbaycan tarixinə dair dəyərli mənbə" BDU-nun Xəbərləri (humanitar elmlər seriyası). Bakı, № 4, 2011
- Ziya Bцnyadov medeovist kimi, Академик З.Бцнйадовун 90 иллик yubileyinə həsr olunmuş kofrans, materialları Bakı, 2012
- "Dərbəndnamə" əsəri Azərbaycanın tarixinə dair mənbə kimi, Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri. Beynəlxalq elmi konfrans, Bakı, 2012
- İkinci dünya müharibəsinin nəticələrində Azərbaycanın həlledici rolu (tarixşünaslıq məsələləri)Azərbaycanın II dünya müharibəsində və Qafqazda holokostun önlənməsində rolu" mövzusunda beynəlxalq simpozyumun materialları (17 – 19 oktyabr 2012), 2012
- Maarifçilikdən inqilabi demokratizmə doğru: M. F. Axundzadə "Tarix və onun problemləri" jurnalı, H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış, Bakı, 2013, № 2
- Maarifcilik herekatının evrimi ve onun Türk düşünce tarihinde yeri: Tarihcilik yönünde İnternational Sempozium on History Education −2014, 25–27 haziran, Türkiyə, Sakarya
- Qədim paytaxt şəhər: Şamaxı mənbələrdə və tarixi tədqiqatlarda. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəsin təşkil etdiyi Azərbaycan paytaxtları elmi-praktik konfransın məqalələr toplusu. Bakı, 2014.
- XIX yüzillikdə və XX yüzilliyin I yarısında Azərbaycanda ictimai-tarixi görüşlər. İxtisas kursunun proqramı, Bakı, 2015.
- Azərbaycan Xalq Cümhuriyyətinə maarifçilik hərəkatından gedən yol: tarixçilik baxımından. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları 21–23 May, 2018, s.257–264.